Xidmət sahələri vətəndaşları niyə narazı salırlar?

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhaliyə göstərilən xidmətlərin də sayı genişlənməkdə davam edir. Hazırda ölkə vətəndaşlarına çoxsaylı xidmətlər təklif edilir ki, onların sırasında məişət xidmətləri xüsusilə fərqlənir. Müasir elmi-texniki naliyyətlərin tətbiqi ilə göstərilən xidmətlər insan əməyini yüngülləşdirməklə yanaşı, keyfiyyət baxımından da sərfəlidir. Əl əməyini əvəz edən müasir texnika və kimyəvi maddələri göstərilən xidmətə əlavə təravət verir.

Kimyəvi təmizləmə xidmətində "gedin hara istəyirsiz şikayət edin" dedilər

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə əhaliyə göstərilən xidmətlərin də sayı genişlənməkdə davam edir. Hazırda ölkə vətəndaşlarına çoxsaylı xidmətlər təklif edilir ki, onların sırasında məişət xidmətləri xüsusilə fərqlənir. Müasir elmi-texniki naliyyətlərin tətbiqi ilə göstərilən xidmətlər insan əməyini yüngülləşdirməklə yanaşı, keyfiyyət baxımından da sərfəlidir. Əl əməyini əvəz edən müasir texnika və kimyəvi maddələri göstərilən xidmətə əlavə təravət verir. Çox təəssüf ki, bəzi şirkətləri göstərilən xidmətin keyfiyyətindən çox, müştərilərin etibarından sui-isitifadə edrək daha çox qazamnaq hərisi maraqlandırı. Elə bu səbədən də müştərilər narazı, göstərilən xidmətlər isə keyfiyyəsiz olur. Belə xidmət sahələrindən biri də kimyəvi təmizləmə xidmətidir ki, hazırda bu xidmət növü pespublikada çox yayılıb. Əslində adi bir xidmət sahəsi olan kimyəvi təmizləmə insanların rahatlığına xidmət etməli olduğu halda onu əsil başağrısına çevirənlər də var. Hazırda bu xidmət növü geniş sahəni əhatə edir, geyim əşyalarından tutmuş, pərdə, mebel və maşınların təmizlənməsinə qədər tətbiq edilməkdədir. Məsələ orasındadır ki, belə xidmət sahələri vergidən yaylnmaqdan ötrü rəsmi fəaliyyətdən qaçır ki, bu da sonradan müştəri ilə anlaşılmazlığa səbəb olur. Daha dəqiq, qeyri-rəsmi fəaliyyət göstərən "firmalar" vətəndaşlara rəsmi sənəd verməyərək şifahi razılıq əsasında xidmət göstərirlər. Xidmətin keyfiyyəti vətəndaşı razı salmayanda isə məsələni məhkəmə müstəvisində həll etmək müşkül məsələyə çevrilir.    

"Azad İstehlakçılar"İctimai Birliyindən (AİB) verilən məlumata görə, kimyəvi təmizləmə xidmətindən Birliyə şikayətlər daim daxil olur. Bir qayda olaraq əhaliyə rəsmi maliyyə sənədi verməyən və vətəndaşların istehlakçı hüququnu pozan bu xidmət sahəsində problemləri danışıq yolu ilə həll etmək mümkün olmur. Belə halda şikayətlə bağlı Vergilər Nazirliyinə və Antiinhisar Siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətinə rəsmi müraciətlər olunur. Məlumata görə, Bakı şəhəri, E.Süleymanov 137, m.13 ünvanda yaşayan Allazov Kənan Faiq oğlu AİB-ə müraciət edərək bildirir ki, 03.05.2017 il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Bül-Bül prospekti 58 b ünvanında yerləşən "AGNA" kimyəvi təmizləmə şirkətinə bir dəfə fotosesiya olunmuş gəlinlik paltarını təmizləmək üçün verib: "Bu xidmətin 25 AZN olduğunu bildirdilər, mən ödəniş etdikdən sonra mənə şifrəli qəbz verdilər (gəlinlik paltarını təhvil götürmək üçün şifrəli qəbz). Rəsmi maliyyə sənədi isə verilmədi. Həmin kimyəvi təmizləmə şirkətinin əməkdaşı mənə bildirdi ki, paltar hazır olduqda əlaqə saxlayacaqlar. İki gün ərzində mənimlə heç kim əlaqə saxlamadı və mən özüm oraya yaxınlaşdım, orada mənə bildirdilər ki, paltar hələ hazır deyil. Sabahsı gün mən yenidən oraya getdim və oranın əməkdaşları mənə xüsusi bağlamaya bükülmüş vəziyyətdə paltarı təqdim etdilər. Mən onu gətirdim evə,  bağlamanı açdıqdan sonra gördük ki, paltar istifadəyə yararsız vəziyyətdədir (alt parçası cırılmış, əzilmiş, parçanın rəngi qaralmış, naxışları qopmuş vəziyyətdə). Mən həmin anda oraya geri qayıdıb, onlardan açıqlama tələb etdim. Onlar isə ilk öncə məsuliyyəti öz üzərindən atmağa çalışdılar, sonra isə səbəb kimi paltarin ucuz və keyfiyyətsiz olduğunu bildirdilər. Mən isə onlara paltarın ucuz olmadığını, Ukrayna fabrikasından birinci əl alış qiymətinin 600 ABŞ dollar olduğunu bildirdim və paltarın onlara necə təhvil vermişdimsə, eləcədə geri qaytarılmasını tələb etdim. Həmin şirkətin əməkdaşları bizə nümunə olaraq gəlinlik paltarı göstərdilər və onun qiymətinin 10 min dollar olduğunu dedilər və bu paltarın keyfiyyətli olduğunu dedilər. Həmin əməkdaşlardan müdriyyətlə əlaqə saxlamaqlarını xahiş etdim, onlar isə müdriyyətin nömrəsini verə bilməyəcəklərini və "gedin hara istəyirsiz şikayət edin" dedilər. Və mən əlacsız vəziyyətdə qalaraq paltarı götürdüm, ancaq qəbzi mənə vermədilər. Bundan sonra Nəsimi rayonu 22-ci polis bölməsinə müraciət etdim. Sahibkar polisə cavab verdi ki, bu polisin işi deyil, məni narahat etməyin. Hazırda paltarın əvvəlki vəziyyətə qaytarılması mümkün olmadığından, paltarın məbləğinin 600 dollarının geri qaytarılmasını və ya həmin paltarın kimyəvi təmizləmə tərəfindən yenisini sifariş etmələrini tələb edirəm. Sizdən bu işdə bizə kömək olmağınızı və bu haqda müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verməyinizi xahiş edirəm".

İcraçı qarşılıqlı razılıq və şərtlər əsasında hər bir istehlakçıya xidmət göstərməyə borcludur. Xidmət şərtləri, o cümlədən qiymətlər (qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla) bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilməlidir.

Xatırladaq ki, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetini qərarına əsasən əvvəlcədən sifariş əsasında göstəriləcək xidmətlər müqavilələrin, sifariş qəbzlərinin və ya digər sənədlərin tərtib edilməsi ilə rəsmiləşdirilir. Həmin sənədlərdə icraçı və istehlakçıların adı, soyadı, xidmət növü və onun qiyməti, ödəniş şərtləri, sifarişin qəbulu və icra tarixi, sifarişi qəbul edən şəxsin imzası və digər məlumatlar öz əksini tapmalıdır. Rəsmiləşdirilmiş sənədin bir nüsxəsi sifarişçiyə (istehlakçıya) təqdim olunmalıdır. Sifarişlər hətta telefon və digər rabitə vasitələri ilə qəbul edilə bilər.İcraçı istehlakçıya onunla razılaşdırılmış müddətdə xidmət göstərməyə borcludur. İcraçı istehlakçıya normativ sənədlərin məcburi tələblərinə və sifariş şərtlərinə uyğun olan keyfiyyətli xidmət göstərməlidir. Təqdim edilən malların (məhsulların) keyfiyyəti və təhlükəsizliyi müvafiq normativ-texniki sənədlərin tələblərinə cavab verməlidir. İstehlakçı ona təklif olunan iaşə məhsullarının keyfiyyərini, həcmini yoxlamaq hüququna malikdir. İcraçı isə öz növbəsində istehlakçıya iaşə məhsulunun həcminin yoxlanılması üçün müvafiq şərait yaratmalıdır. İcraçı göstərilən xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31