Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu

Millət vəkili Eldar İbrahimov bildirib ki, 15 iyun - Qurtuluş günü bizim ən əziz bayramlarımızdan biridir. Ona görə ən əziz bayramdır ki, bütün bayramlar məhz 15 iyundan keçir. Yəni 15 iyun olmasaydı, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı, dağılacaqdı.

Eldar İbrahimov: "Çağdaş Azərbaycan Heydər Əliyevin dövlətçilik bacarığının bariz nümunəsidir"

Millət vəkili Eldar İbrahimov bildirib ki, 15 iyun - Qurtuluş günü bizim ən əziz bayramlarımızdan biridir. Ona görə ən əziz bayramdır ki, bütün bayramlar məhz 15 iyundan keçir. Yəni 15 iyun olmasaydı, ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı, dağılacaqdı. Ölkənin Şimal və Cənubunda separatçı qüvvələr, daxildə hər kəsin qoçu dəstəsi, o biri tərəfdən işğalçı Ermənistan: "Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan faktiki dağılırdı və bölünmüşdü. Belə bir vaxtda Azərbaycan xalqı yeganə ümidini Naxçıvana dikmişdi. Azərbaycanı bu bəlalardan qurtara biləcək yeganə şəxsiyyət və siyasətçi Heydər Əliyev idi. Heydər Əliyev də çağırışlara cavab verdi, Bakıya gəldi və 15 iyunda Ali Sovetin sədri seçildi. Sədr seçiləndən sonra daxildə olan separatçı qüvvələrin, qoçu dəstələrinin qarçısı alındı, ölkəmiz parçalanmadan xilas oldu. Bundan sonra Azərbaycan inkişaf etməyə başladı. Sualınızın qısa cavabı budur, ancaq bunu təfsilatı ilə də deyə bilərəm". Onun sözlərinə görə, çağdaş Azərbaycan Heydər Əliyevin dövlətçilik bacarığının bariz nümunəsidir: "Qismət elə gətirdi ki, 1990-cı ildə Heydər Əliyev Moskvadan məlum səbəblərdən Azərbaycana qayıtdı. Azərbaycanda, öz tikdiyi, yaratdığı Bakıda ona bir ev vermədilər və məcbur olub doğulduğu yerə, Naxçıvana getdi.1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyası çağrıldı. Naxçıvan Ali Sovetində yaşda böyük olan deputat iclası aparmalı idi. Heydər Əliyev kimi dahi bir adamın qarşısında kim o sessiyanı apara bilərdi? O sessiyanın Heydər Əliyev aparmalıydı və o da apardı. O zaman Heydər Əliyev cəsarətli bir addım ataraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Bu bayrağı qaldırmaqla Azərbaycanın müstəqilliyinin ikinci dəfə əsası qoyuldu. Heydər Əliyev orada Naxçıvanın adından "Sovet Sosialist" sözlərini çıxartdırdı və Naxçıvan Ali Məclisi etdi. Bunların hamısı qərarda öz əksini tapdı. O iclasda qərara alındı ki, Azərbaycan Ali Soveti də bu qərarı təsdiq etsin. Azərbaycan Ali Soveti də bu qərarı təsdiq etdi. Çox keçmədi ki, 17 martda referendum elan olundu. Heydər Əliyevin Naxçıvandaverdiyi istiqamət ilə biz referenduma getmədik. Bu baxımdan Naxçıvanda referendum keçirilmədi. Zaman bir daha göstərdi ki, Heydər Əliyev uzaqgörən bir addım atıb. Üzərindən bir az keçəndən sonra, 19 avqustda SSRİ-də dövlət çevrilişi baş verdi. Bununla da sovet hökuməti getdi. Kommunist Partiyası buraxıldı.İndi baxın, SSRİ dağıldıqdan sonra istəyirdilər ki, Azərbaycanda Kommunist Partiyası saxlanılsın. İndiki kimi yadımdadır, 30 avqustda Ali Sovetin Pleniumuna salınmışdı ki, guya, o məsələni həll etsin. O vaxt Heydər Əliyev bir də gəldi Bakıya. Bilirsiniz, 1991-ci ilin 5-6 martında Ali Sovetdə keçirilən həmin iclaslarda Heydər Əliyevə qarşı öyrədilmiş adamlar təpiklərin yerə döyürdülər, imkan vermirilər ki, ulu öndər danışsın. Bunların hamısı mənim gözümün qarşısındadır. Heydər Əliyev o hərəkətlərdən sonra çox incimişdi və Bakıya gəlmirdi. Biz Naxçıvana qaytıdıq. Naxçıvanda Ali Məclisin iclası hazırlandı. Orada "Demblok" və "Komblok" vardı. Yəni kommunistlər və demokratlar. Kommunistlər və demokratlar istəyirdilər ki, öz nümayəndələri olsun. Ancaq orada ağıllı insanlar yığışdıq. Mən də oarada Azərbaycan Ali Sovetinin deputatı kimi çıxış etdim. Sentyabrın 3-də Naxçıvan Ali Məclisinin sessiyasında dedim ki, Heydər Əliyevin bu gün Naxçıvanda alternativi yoxdur.  Heydər Əliyev hakimiyyətə gəlməsə, Naxçıvanın işğalı qaçılmaz olacaq. Ermənistan Naxçıvanı işğal etməyi çətin bir problem kimi görmürdü. Bunu Naxçıvanın coğrafiyasını bilən adamlar daha yaxşı hiss edir. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Naxçıvanda təhlükəsizlik bərqərar oldu. O, işə başlayan kimi ilk olaraq Naxçıvanı qorumaq üçün Naxçıvanda Müdafiə Komitəsi yaratdı. O zaman Ermənistan nəinki Naxçıvanı, hətta Azərbaycanı da blokadaya götürmüşdü. Azərbaycanın o vaxtki Kommunist Partiyası rəhbərliyi, həm də Xalq Cəbhəsi rəhbərliyi Naxçıvana düşmən kimi baxırdılar. Heydər Əliyev bir həftə içərisində İranla danışdı və Rəfsəncani öz təyyarəsini Naxçıvana göndərdi, Heydər Əliyev İrana getdi. Daha sonra Türkiyəyə səfər etdi. Orada müqavilələr bağladı və Naxçıvana yardım aldı". Millət vəkili bildirib ki,1993-cü il iyunun 7-də gecə saat təxminən 2-3-ün yarısı  Naxçıvanda Heydər Əliyevə zəng vurub: "Dedim ki, sabah Bakıya getmək istəyirəm. Cavab verdi ki, get, bildirdi ki, səhər müavini Rəşid Həsənovu göndərəcək ki, məni yola salsın. Səhəri Rəşid gəlib məni yola saldı. Söhbət yola salmaqdan getmir. Amma o bildi ki, mən nə deyirəm. Mən də gəldim Bakıda müəyyən dairələrlə görüşlər keçirdim. Gördüm ki, doğrudan da Azərbaycan Heydər Əliyevsiz ötüşə bilmir, o olmasa Azərbaycan dağılacaq. Mən iyunun 8-də zəng vurdum dedim ki, hər şey yaxşıdır. İnanıram ki, Bakıya gəlmək olar. Dedi hə? Dedim hə! Dedi ki, yaxşı. Mən bir səhv etdim. Soruşdum ki, nə vaxt gələcəksiniz? Dedi ki, gələndə görəcəksən. Telefonla danışıqları tuturdular axı. Demək olmaz nə vaxt gəlir. Çünki təyyarəni göydə vura bilərdilər. Biz buna çox narahat idik".

Onun sözlərinə görə, Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və Ali Məclisdə çıxış etdi. Daha sonra Gəncəyə getdi: "Mən rəhmətlik Cəlal müəllimgildə onunla bir yerdə oldum. Dedim ki, çox xahiş edirəm mən də gəlim. Dedi ki, yox. Sanki məni qoruyurdu, mənə yazığı gəlirdi ki, gedərəm, başıma bir iş gələr. Çünki mən Heydər Əliyev üçün çox sınaqlardan keçmişdim. Heydər Əliyev getdi Gəncəyə və oradakı oyunları görüb, geri döndü. 34 nəfərin səsi ilə Ali Məclisə sədr seçildi. Ondan sonra Azərbaycanda quruculuq işlərinə başlandı. Öncə ölkədə siyasi sabitləşmə olması üçün atəşkəs lazımıydı. Ona görə də 1994-cü ilin mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi bağlandı. Daha sonra isə ölkədəki qoçu dəstələri, "Talış-Muğan Rrespublikası"nı ortaya atanları yerində oturtdu. Bizə düşmənçilik edən ölkələrlə münasibətlər yaratmağa başladı. Siz görün, Heydər Əliyev necə müdrik, uzaqgörən adam olub ki, hakimiyyətə gəlmnəsinin cəmi 1 ili olmasına baxmayaraq, 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi"ni imzalatdı.O zaman Azərbaycan tanınmırdı və ona inanan da yox idi. Amma həmin o transmilli şirkətlər Heydər Əliyevin nüfuzuna görə Bakıya gəldi və müqavilələr bağlandı. Bakı-Tiblisi-Ceyhan kimi nəhəng layihənin əsası qoyuldu. O vaxtı İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidentiydi. Elə bu layihənin ilhamvericisi, həyata keçirəni də İlham Əliyev oldu".

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşdu: "Bu gün də ölkə Prezidenti cənab İlham Əliyev onun siyasətini layiqli şəkildə davam etdirir. Azərbaycan beynəlxalq yarışlara artıq evsahibliyi edir.  I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları ölkəmizdə keçirildi. Bu oyunların çox böyük siyasi əhəmiyyəti var.  Mən bunu həmişə deyirəm. Baxın, 54 islam dövləti var. Amma bunların hamısını Bakıya yığmaq bizim Prezidentin uzaqgörənliyidir ki, mesaj verir ki, ay müsəlmanlar, gəlin, burada həmrəy olun! Burada əsas istiqamət bu idi. Belə tədbirlər keçirilən zaman hər bir ölkədən Azərbaycana turistlər gəlir. Bunun sayəsində də Azərbaycanda turizm sahəsi çox inkişaf edib. Möhtərəm Prezident kənd təsərrüfatının inkişafına çox böyük diqqət göstərir. Bizim gələcək üçün böyük perspektivimiz var. Çünki ölkə başçısı çox düzgün məsələ qoydu ki, neftsiz ölkələr necə yaşayır... Biz də sanki hesab edək ki, neftimiz yoxdur. Düzdür, ölkəmizdə neft var və ondan qazanc gəlir. Getdikcə də artacaq. Neftin baha vaxtında ondan gələn vəsaitlə  1 milyon məcburi köçkün üçün şərait yaradıldı. Hazırda Cocuk Mərcanlıda böyük bir qəsəbə salınır. Cənab Prezident də bu pulların xərclənməsini düzgün müəyyənləşdirdi. Artıq biz dünyada öz çəkisi, nüfuzu ilə fərqlənən bir ölkə olmuşuq.  Mən şərəf duyuram ki, belə bir müstəqil dövlətin, həmçinin Heydər Əliyevin ikinci dəfə müstəqillik qazandırdığı ölkənin vətəndaşıyam. Mən də bu müstəqilliyə 1991-ci il oktybrın 18-də səs vermişəm. Sevincimdən kövrəlmişəm ki, nəhayət biz də müstəqil bir dövlət olduq. 20 il ATƏT Parlament Assembleyasının üzvü olmuşam. Orada olan əcnəbi yoldaşlar mənə deyirdi ki, "Eldar, sizdə bir tədbir yoxdu ki, bizi də dəvət edəsiniz gedək və  Azərbaycanın gözəlliyini görək". Bunların olmasında ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bildiyimiz ki, Mehriban Əliyeva I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunlarının təşkilat komitəsinin sədri olub. Onun gərgin əməyi nəticəsində ölkəmizdə belə bir gözəl yarışların təşkili çox yüksək şəkildə həyata keçirildi. Bu şəxslərin Azərbaycan üçün xidmətləri misilsizdir. Ona görə də insanlarımız bu şəxslərin əziyyətini çox böyük qiymətləndirir. Biz artıq cənab Prezidentin dediyi kimi, "sabitlik adası"nın sakinləriyik".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31