AMEA – da müsahibə
2017- 2018-ci tədris ilinin qəbul planına uyğun olaraq AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələrdə müvafiq ixtisaslar üzrə yaradılmış müsahibə komissiyaları Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə tələb olunan qaydalara uyğun olaraq müsahibənin keçirilməsini təmin edir.
14 İyun 2017 11:53 Sosial2017- 2018-ci tədris ilinin qəbul planına uyğun olaraq AMEA-da magistratura təhsilini həyata keçirən elmi müəssisələrdə müvafiq ixtisaslar üzrə yaradılmış müsahibə komissiyaları Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə tələb olunan qaydalara uyğun olaraq müsahibənin keçirilməsini təmin edir.
Akademiyadan "Olaylar" - a bildirilib ki, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 13, 14, 15 və 16 iyun 2017-ci il tarixində saat 10:00-dan 17:00-dək magistraturaya qəbul olmaq istəyənlər üçün "Neft Kimyası", "Nanomateriallar kimyası" və "Ətraf mühit kimyası" ixtisasları üzrə müsahibə keçirilir.