Sosial

“Azəravtoyol” ASC təcrübə - sınaq layihəsinə start verdi  

23 İyun 2017 11:38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixrac yönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən “Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb.

Balakən və Zaqatala rayonlarında Şuranın fəaliyyəti və dəstəklədiyi layihələr maraqla qarşılanıb

23 İyun 2017 11:34

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Balakən və Zaqatala rayonlarında yerli QHT-lərin, fəal gənclərin, KİV-lərin, yerli icra strukturlarının, bələdiyyələrin, təhsil işçilərinin və rayon fəallarının iştirakı ilə “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğində QHT-lərin rolu” mövzusunda seminar keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov seminarda geniş məruzə ilə çıxış edib.

"Azərbaycanda dövlət qulluqçularının sayı 30 mindən çoxdur"

23 İyun 2017 11:12

Bu gün Azərbaycanda dövlət qulluqçularının sayı 30 123 nəfərdir və həmin dövlət qulluğu vəzifələrindən 22 713-ü inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrdir.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri iş günləri

23 İyun 2017 10:19

Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, "ASAN Kommunal" mərkəzlərində isə 25, 26, 27, 28 iyun qeyri - iş günü olacaq.

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemi Avropa ictimaiyyətinin diqqətinə çatdırılıb

22 İyun 2017 20:24

İyunun 21-də BMT-nin Ümumdünya Qaçqınlar Günü çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşkilatçılığı ilə Fransa Senatında “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların cari vəziyyəti və uzunmüddətli perspektivləri – Azərbaycan nümunəsi” adlı konfrans keçirilib. Konfrans Avropa Robert Şuman İnstitutu (IRSE) və “Paris-Ile-de-France” Müdafiə Araşdırmaları Ali İnstitutu (IHEDN) ilə birgə təşkil edilib. Tədbir Bas-Rhin regionunun senatoru və Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupunun prezidenti Andre Reişarın himayəsi altında keçirilib. Konfrasa diplomatlar, ictimai-siyasi xadimlər, senatorlar, idmançılar, UNESCO və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 50-dən çox iştirakçı qatılıb. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, senator Reişar tədbirin açılışında çıxış edərkən deyib: “Bu gün ona görə əlamətdardır ki, azərbaycanlı köçkünlərə həsr olunan tədbir Fransa Senatında keçirilir.

Vegetarianlıq göründüyü qədər də faydalı deyil!

22 İyun 2017 19:35

Alimlər belə qənaətə gəliblər ki, təkcə ət yeyənlər ürək xəstəliyi riskinə məruz qalmır. Sən demə, vegetarianlıq da bir o qədər təhlükəsiz deyildir. Vegetarianlar çox vaxt ateroskleroz və tromboza mübtəla olmaq riski ilə üzləşirlər.

Yulaf yarması yemək qan təzyiqini salır

22 İyun 2017 19:24

Kentukki Universitetinin (ABŞ) mütəxəssisləri 15 il ərzində dənli bitkilərin xüsusiyyətlərini öyrənərək belə qənaətə gəliblər ki, “pis” xolesterinin miqdarını azaltmaq üçün ən yaxşı yemək yulaf yarmasıdır.

Diqqət: Bir kaloridən imtina etmək ömrü 30 saniyə uzadır

22 İyun 2017 19:18

Hazırda insanların çoxu kalorili yeməklərdən yan keçməyə çalışır. Çox yemək nəinki xarici görkəmə, həm də sağlamlığa pis təsir edir. Az yeyən kişilər və qadınlarda ürək-damar xəstəlikləri, xüsusilə də insult və ya şəkərli diabet riski daha azdır. Məlum olub ki, bir kaloridən imtina etməklə ömrü 30 saniyə uzatmaq olar.

Yuxu dərmanı qocalma prosesini sürətləndirir...

22 İyun 2017 19:12

Britaniya alimləri maraqlı kəşfə imza atıblar. Sən demə, yuxu dərmanı cürbəcür xəstəliklərin əmələ gəlməsi riskini artırır, habelə orqanizmin qocalma prosesini sürətləndirir.

“Qara sabun”un inanılmaz faydaları

22 İyun 2017 19:03

Bir zamanlar evdar xanımların əlinin altında mütləq “qara sabun” adlandırdığımız məhsul olardı. İstehsal bazarında təmizləyici vasitələrin sayı artıqca bu sabun da evlərimizi yavaş-yavaş tərk etdi. Bir şeyi unutduq ki, o tək təmizləyici deyil, həmçinin kosmetik, farmaseptik və s. vasitə kimi də köməyimizə çatırdı.

Xoşbəxt olmaq istəyirsinizsə, qucaqlaşın -  20 FAYDASI

22 İyun 2017 19:00

Qucaqlaşmaq, qucaqlamaq və bir-birinə toxunmaq bir çox dərdə çarədir. Bəzən dərmanlar hər dərdə çarə olmur. Bədbəxt evlilik, sevgi iztirabı, rahat bir yuxu, hətta sağlam hamiləliyin çarəsi qucaqlaşmaqdır.

Qarğıdalı saçaqlarından müalicəvi çay

22 İyun 2017 18:37

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.

“QHT-lərin hüquqi və maliyyə bilikləri artırılır”

22 İyun 2017 18:28

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi  “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihənin icrasını davam etdirir.

Qatarın altında qalan uşaq durub qaçdı - Bakıda inanılmaz hadisə...

22 İyun 2017 18:12

Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib. Saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.