Qatarın altında qalan uşaq durub qaçdı - Bakıda inanılmaz hadisə...

Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib. Saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.

Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib. Saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşinistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşinistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.

Maraqlıdır ki, qatar uşağı vurandan sonra maşinistlər düşərək ona kömək etməyə çalışıb. Bu zaman şəxsiyyəti məlum olmayan həmin oğlan qaçaraq uzaqlaşıb.
 
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisədən xəbərdardırlar, lakin uşağı tapa bilməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31