Qarğıdalı saçaqlarından müalicəvi çay

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.

Belə çayın bir çox faydalı xüsusiyyətləri var. Onun faydalarını təqdim edirik:

- Sidikqovucu təsirə malikdir - böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.

- Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.

- Qanda şəkərin səviyyəsini aşağı salır.

- Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.

- Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.

- Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.

Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz. Saglamolun.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31