“Azəravtoyol” ASC təcrübə - sınaq layihəsinə start verdi  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixrac yönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən “Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixrac yönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən "Azəravtoyol" ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb. Səhmdar Cəmiyyətin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində yol texnikaları, maşın-mexanizmər üçün əvvəllər böyük məbləğ hesabına xaricdən alınan xüsusi təyinatlı avadanlıqlar və onların bir çox hissələri ölkəmizdə istehsal etmək, həmçinin kooperasiya yolu ilə müxtəlif xarici istehsalçılardan idxal edib yığım şəklində ərsəyə gətirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Təcrübə-sınaq layihəsi çərçivəsində "Azəravtoyol" ASC yuxarıda sadalanan avadanlıqların bir çoxunun istehsalına artıq nail olub. Bu avadanlıqların bəziləri, yəni 9 ədəd su maşını və 1 ədəd yanacaq daşıyan maşın cəmiyyətin Nəqliyat idarəsinin ixtiyarına verilib və artıq müvəffəqiyyətlə də istismar edilir. Bundan başqa "Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti daxili potensial hesabına reallaşdırılaraq həyata keçirilən təcrübə-sınaq layihəsi çərçivəsində hazırda bir-neçə maşın -mexanizmlərdə (bitum maşını, duz-qum səpən aqreqatlar, yol təmiri maşını və s.) son tamamlama, dəqiqləşdimə işləri görülür. İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31