Sosial
Dostluq və zəfər nəğməkarı
Qədim Türküstanın bağrını doğma Azərbaycan sazının-sözünün nəfəsi heç vaxt tərk etməmişdir. Görkəmli şair və dramaturq Maqsud Şeyxzadədən (1908-1967) sonra qardaş Özbəkistanda onun ənənələrini layiqincə davam etdirən başqa bir soydaşımız şair, tərcüməçi və ədəbiyyatşünas Akif Azalpdır. O, 1954-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulmuş, 1971-ci ildə orta məktəbi Qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə təhsilini davam etdirmək və bir tərcüməçi-türkoloq kimi yetişmək üçün dövlət xətti ilə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə göndərilmişdir. Fərqlənmə diplomundan sonra Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1979-1982) uğurla başa vurub, həmin institutun müxtəlif şöbələrində elmi işçi kimi fəaliyyət göstərmişdir.
Satışda saxta alkoqollu içkilər aşkarlandı
Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.
"Ali məktəblərdə ödənişli təhsil artacaq"
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq.
Nazirlik: Bayram günlərində nəqliyyat və internet problemi olmayacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Xalqın cibini düşünməyən "aqua park"lar - 50 manata da giriş olar?
Azərbaycanda yay mövsümünün gəlişi ilə insanların dənizkənarına axını başlayır. Yay mövsümünü xaricdə keçirənlərlə yanaşı, ölkəmizdə də kifayət qədər əlverişli məkanlar var. Ancaq Bakıda fəaliyyət göstərən "aquapark"lar və otellərin qiymətləri "əl yandırır". Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, ən bahalı məkan "Dalğa Beach Aqua Park"dır. Bura təkcə giriş 50 manatdır.
Nigar Camal Bakı Yol Polisi ilə birgə layihələr həyata keçirəcək
Beynəlxalq “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi müğənni Nigar Camal dünən Bakı Baş polis İdarəsinin dövlət yol polisi idarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərovla görüşüb.
Aydın Əliyev Oğuzda vətəndaşları qəbul edib
İyunun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Oğuz, Şəki, Qəbələ rayonları və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib.
Azərbaycanda mediasiya institutu yaradılacaq
“Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur”.
Fikrət Məmmədov: Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır
“Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Belə ki, 2016-cı ildə Azərbaycana qarşı çıxarılan qərarların sayı cəmi 16 təşkil etmişdir.
Cavanşir Feyziyev Qazaxıstanda parlament seçkilərini izləyəcək
Milli Məclisin deputatı Cavanşir Feyziyev iyunun 28-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Astanada səfərdə olacaq. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, millət vəkili seçkiləri Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə müşahidə edəcək. Deputatımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək. Səfər iyunun 29-da başa çatacaq.
Məhkəmədə baxılan işlərin sayı kəskin artıb
“Ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarmışdır”. “Olaylar” xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov AzərTAc-a müsahibəsində deyib. Nazir bildirib ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötmüşdür: “Lakin buna baxmayaraq hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Meşələrin yanğından mühafizə olunması ilə əlaqədar tədbir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Ramazan tətili başlayır
Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən 2017-ci ildə 26, 27 iyun tarixləri Ramazan bayramıdır. Bu il Ramazan bayramının bir günü 26 İyun - Silahlı Qüvvələr günü ilə üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bununla əlaqədar 28 iyun da istirahət günü olacaq. Beləliklə, ölkədə 5 gün ardıcıl (24, 25, 26, 27, 28 iyun) qeyri-iş günüdür.
UNEC kollektivi Cocuq Mərcanlıda
Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, UNEC kollektivi öncə Ümummilli lider Heydər Əliyevin Horadizdə ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.
''Günəşli” yatağında iki özül təmir olunur
SOCAR-ın “Neftqaztikinti” Tresti ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi “Azneft” İstehsalat Birliyidir.














