Məhkəmədə baxılan işlərin sayı kəskin artıb

“Ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarmışdır”. “Olaylar” xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov  AzərTAc-a müsahibəsində deyib. Nazir bildirib ki,  yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötmüşdür: “Lakin buna baxmayaraq hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar.

Nazir: Hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq onların əhaliyə nisbətdə sayı azdır

"Ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarmışdır". "Olaylar" xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov  AzərTAc-a müsahibəsində deyib. Nazir bildirib ki,  yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötmüşdür: "Lakin buna baxmayaraq hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalmışdır". Nazir əlavə edib ki, ötən dövrdə hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı da Avropa dövlətləri ilə müqayisədə daha azdır, hər 100 min nəfərə 6 hakim düşür. Halbuki, bəzi Avropa dövlətlərində bu göstərici 20-dən artıqdır. Hazırda vakant hakim ştatlarının komplektləşdirilməsi üzrə tədbirlər görülür, 126 nəfər hakimliyə namizəd şəffaf seçim əsasında imtahanlardan uğur qazanaraq Ədliyyə Akademiyasında tədris kursundadır: "Sözsüz ki, iş yükünün azaldılmasına təkcə hakimlərin sayının artırılması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmələrin iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31