Sosial
Azərbaycanda dini dözümlülük daha yüksək səviyyədədir
Bu gün Şimali Azərbaycanda səmavi dinlərə (iudaizm, xristianlıq, islam), eyni zamanda qeyri-səmavi dini inanclara (hinduizm, buddizm, konfusilik, yoqa, krişna) sitayişlə bağlı əsasən heç bir problem yoxdur. İnsanlar rahat şəkildə tapındıqları dini inancları həyata keçirə bilərlər. Heç bir kimsə öz dini inancına görə digər dini inanca bağlı olan birinə qətiyyən zərər vermir. Yəni Azərbaycan insanları əsasən dini inanclar məsələsində dözümlü münasibət ortaya qoyurlar.
Polad Bülbüloğlu Almaniyada səfərdə olub
Azərbaycan Hökuməti tərəfindən namizədliyi BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) baş direktoru vəzifəsinə irəli sürülmüş Polad Bülbüloğlu 21-23 iyun 2017-ci il tarixlərində Almaniyada səfərdə olub. Səfər AR-in Almaniyadakı Səfirliyi tərəfindən təşkil olunub, namizədimizin və onun YUNESKO ilə bağlı proqramının Almaniyada tanıdılmasına yönəlib.
“ABAD” “BMT-nin Dövlət Xidmətləri Forumu”nda təqdim olundu
İyunun 23- də Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmiş “BMT-nin Dövlət Xidmətləri Forumu” keçirilib. “ASAN xidmət” – dən “Olaylar” – a bildirilib ki, forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub. Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.
FHN-in hərbi hissəsində Silahlı Qüvvələr günü qeyd edilib
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı N saylı hərbi hissəsində tədbir keçirilib.
Beşyaşlı uşaqların 65 faizi məktəbəhazırlıq təhsilinə cəlb ediləcək
Növbəti tədris ilində məktəbəhazırlığa cəlb ediləcək uşaqların sayının ümumilikdə, 5 yaşlıların 65 faizi həddinə çatdırılması nəzərdə tutulub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2016-2017-ci tədris ilində Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Ötən dərs ili BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar tədris vəsaitləri ilə dövlət hesabına təmin edilib.
ATXƏM Salyanda Ramazan bayramı münasibətilə tədbir keçirib
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonu Qaraçala qəsəbəsində Ramazan bayramı münasibətilə tədbir keçirilib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, Salyan rayon İcra Hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi iftar süfrəsində Respublikamızın ictimayyət nümayəndələri və yerli sakinlər iştirak edib.
Nazir bölgələrdə vətəndaşları qəbul edəcək
İyulun 6 – da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qənirə Paşayeva ön cəbhədə olub
Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Əlibəylidə müəllim və sakinlərlə görüşüb və Ramazan bayramlarını təbrik edib. “Olaylar” xəbər verir ki, millət vəkili Ramazan bayramı münasibəti ilə Ermənistanla ön cəbhədə yerləşən Əlibəyli kəndində müəllimlər və sakinlərlə görüşüb, onların bayramlarını təbrik edib
Bölgə yazarları bir antologiyada
İyunun 29 – da “Gənc yazarların poeziya gecəsi” – də Dünya Gənc Türk Yazarlar Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bölgələrdən səslər – 3” ” layihəsinin yekunu olaraq “Bölgələrdən səslər-3” antologiyası təqdim olunacaq.
Ölkədə qida təhlükəsizliyi necə təmin olunur?
Son illər ərzində Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Nəzərə almaq lazımdır ki, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq daim dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olmuşdur.
Ermənistanın Qarabağı de-yure özünə tabe etmək cəhdləri yeni mərhələdə
Son vaxtlar cəbhə xəttində verdiyi itkilər, Azərbaycanın hərbi potensialının artması fonunda bu sahədə Bakıdan geri qalması. eləcə də daxildə narazılığın baş qaldırması Sərkisyan hakimiyyətini yeni manevrlər etmək məcburiyyətində qoyub. Belə ki, İrəvan Dağlıq Qarabağı de-yure özünə tabe etmək istiqamətində fəaliyyətə keçib. Bunun üçünsə Ermənistan hakimiyyəti öz sahibi Rusiya deyil, Avropa ilə işləməyə üstünlük verib. Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyanın Belçikaya reallaşdırılan səfərində də məqsəd məhz budur.
Büdcənin gəlir və xərclərinin artırılması onun icrasında problem yaratmayacaq
2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Artıq bunula bağlı qanun layhəsinin parlamentin növbdənkənar sessiyasında müzakirəyə çıxarılacağı gözlənir. Qanun layihəsinə görə, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.
Sabah 32 dərəcə isti olacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz arabir tutulacağı gözlənilir.
Şeyx müsəlmanları bayram münasibətilə təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib. QMİ-nin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, təbrikdə bildirilir ki, savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir.
“Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Balakən rayon qazısı Hacı İbrahim İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramı ilə bağlı fətvasını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Balakən rayonunda Ramazan ayı müddətində hər hansı problem yaşanmayıb. Qazı bayram namazı və fitrə sədəqəsi ilə bağlı məsələlərin QMİ-nin fətvasına uyğun icra edilməsinin zəruriliyini vurğulayıb.














