ATXƏM Salyanda Ramazan bayramı münasibətilə tədbir keçirib

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonu Qaraçala qəsəbəsində Ramazan bayramı münasibətilə tədbir keçirilib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, Salyan rayon İcra Hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi iftar süfrəsində Respublikamızın ictimayyət nümayəndələri və yerli sakinlər iştirak edib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonu Qaraçala qəsəbəsində Ramazan bayramı münasibətilə tədbir keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, Salyan rayon İcra Hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi iftar süfrəsində Respublikamızın ictimayyət nümayəndələri və yerli sakinlər iştirak edib. Tədbiri giriş sözü ilə açan ATXƏM sədri İlham İsmayılov Ramazan ayının barış və sülh ayı olduğuna diqqət çəkərək, qeyd edib ki, Salyan rayon icra hakimiyyətinin rəhbərliyi ilə yerli sakinlərin hər il iftar süfrəsi ətrafında bir araya gəlməsi ənənə halını alıb. "Təşkilatımız belə bir gözəl ənənəyə hər il sadiq qalır və icra strukturları rayonumuz ilə bağlı təklif və şikayətlərini sakinlərin öz dilindən eşidir". Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında belə tədbirlərin əhəmiyyətinə toxunub, xalqla icra strukturları arasında etimad mühitinin yaradılmasında əvəzsiz rol oynadığını qeyd edib. Tədbirdə iştirak edən Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, bu cür tədbirlərin davamlı olaraq keçirilməsi icra strukturlarının işinə də müsbət təsir edir. "Biz əhalinin problemlərini, onların fikir və təkliflərini yerində dinləyirik. Çalışırıq ki, gələcək işlərimizdə onların təkliflərini daha çox nəzərə alaq. Bu isə icra strukurlarının daha ədalətli və şəffaf işləməsinə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31