Büdcənin gəlir və xərclərinin artırılması onun icrasında problem yaratmayacaq

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Artıq bunula bağlı qanun layhəsinin parlamentin növbdənkənar sessiyasında müzakirəyə çıxarılacağı gözlənir. Qanun layihəsinə görə, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.

Deputat: "Əlavə daxilolmalar sırf qeyri-neft sektoru üzərində fokuslanıb"

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır. Artıq bunula bağlı qanun layhəsinin parlamentin növbdənkənar sessiyasında müzakirəyə çıxarılacağı gözlənir. Qanun layihəsinə görə, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur. Proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə də əlavə vəsaitin cəlb olunması nəzərdə tutulur ki, bu da gömrük rüsumlarının hesabına formalaşacaq. Azərbaycan Mərkəzi Bankının mənfəəti də dövlət büdcəsinə daxil olacaq. Bundan başqa, son dövrlər qəbul etdiyimiz qanunlara əsasən maliyyə sanksiyaları sərtləşdirilib ki, bu da daxilolmaların artmasına səbəb olacaq. Yol polisinin sanksiyaları hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artırılması nəzərdə tutulub. Xərclərə gəlincə, SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub.

Maraqlıdır, neftin qiymətinin dünya bazarında enməsi şəraitində dövlət büdcəsinin gəlir və xərclərinin artırılması onun icrasında hər hansı problem yaratmayacaq? O da məlumdur ki, dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması iflas təhlükəsi ilə qzləşən bankların sağlamlaşdırılması məqsədi güdür. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki,  dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var: "Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8%-nə bərabər olacaq". Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, neftin baza qiyməti dəyişməyəcək. "Əlavə daxilolmalar sırf qeyri-neft sektoru üzərində fokuslanıb. Bütün bunlara baxmayaraq, iqtisadiyyatda gedən proseslər onu deməyə əsas verir ki, dövlət büdcəsinin icrasında problem olmayacaq".

Bəs, dünya bazarında neftin qiymətinin artmasına maneə olan amillər hansılardır? Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, məsələyə geniş mənada yanaşdıqda, hazırda neftin qiymətinin ucuzlaşması dünya düzənin siyasi və iqtisadi konyukturundan doğur: "Dünya iqtisadiyyatında və siyasi araneda gedən proseslər mahiyyət etibarilə obyektiv görünsə də, onun görünməyən tərəfləri görünən tərəflərindən qat-qat böyük olmaqla, xeyli dərəcədə qarşıdurmada maraqlı olan dövlətlərin əməlidir. Dünyanın aparıcı dövlətləri 1929-1933-cü ilin qlobal iqtisadi böhranından optimal çıxış yolunu tapa bilmədiklərindən, vəziyyətdən "böyük xaos" yaratmaqla çıxmaq yolu tutduqları kimi, indi də 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranının mənfi nəticələrini tam aradan qaldıra bilmədiklərindən, qarşı-qarşıya duran ölkələrin siyasi maraqları önə çıxaraq yenə də çıxış yolunu"böyük xaos" yaratmaqda görürlər. Ona görə XX əsrin 30-cu illərinin "böyük xaos"u II Dünya Müharibəsinə gətirdiyi kimi, hazırkı "böyük xaos" da yeni formatda III Dünya Müharibəsi törədib: faşizmin yenidən zühuru, ilhaqlar, çevrilişlər, rəngli inqilablar, lokal müharibələr, "Suriya sindromu",informasiya müharibəsi, sanksiyalar, neft və qazdan təzyiq vasitəsi kimi istifadə olunması, qaçqın, köçkün və s. bir-birinə qarışıb, dünyanı yenidən sürətlə qeyri-müəyyənliklə dolu çox təhlükəli bir perspektivə doğru sürükləməkdədir. Dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi həmin qeyri-müəyyənliyi daha da artırır. Neftin qiymətinin aşağı düşməsi dünya bazarında təklifin tələbi üstələməsi kimi iqtisadi amilillə əsaslandırılsa da, bu işdə siyasi, geosiyasi, spekulyativ və sair amillər də ciddi rol oynayır. Bu baxımdan isə neftin qiymətinin aşağı düşməsində Qərblə Rusiya arasında qarşıdurma əsas rol oynayır və Rusiyanın Ukraynaya qarşı ilhaqçılıqı siyasətinə cavab olaraq onu bu yoldan çəkindirmək,əks halda çökdürmək məqsədi daşıyır". Onun sözlərinə görə son illər Azərbaycan iqtisadiyyatında neft amilinin rolu azalmağa başlasa da, hələ də kifayət qədər yüksək olaraq qaldığından, neftin qiymətinin aşağı düşməsi nəticəsində, dolayısı ilə dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür: "Azərbaycanın ümumi daxili məhsulunun 35%-dən çoxu, büdcə gəlirlərinin 60%-ə qədəri, xarici ticarətin 90%-dən çoxu neft amili ilə bağlı olduğundan, neft ixracından daxil olan gəlirlərin, deməli, Dövlət Neft Şirkətinin, Azərbaycanda çalışan xarici neft şirkətlərinin, həm də Dövlət Neft Fondunun gəlirlərini azaldır. Azərbaycan əksər enerjidaşıyıcılı ölkələrdən biri kimi neftin qiymətinin azalması nəticəsində gözlənilən gəlirlərin xeyli hissəsinin itirilməsi mərhələsini yaşayır. Son illər neftdənkənar sahələr kifayət qədər yükəsk sürətlə - ildə 8-10 faiz artsa da, qeyri-neft sektorundakı bü cür yüksək artım templəri hesabına Azərbaycan iqtisadiyytında müsbət dinamizm davam etsə də, bu iş lazım olduğundan xeyli gec başladığından, hələlik həmin sahələrin gəlirləri itirilən böyük neft gəlirlərini kompensasiya etmyə kifayət deyil".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31