Sosial

Dövlətin ədaləti

23 İyun 2017 16:20

Son günlər jurnalistlərin mənzillə təminatı məsələsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə irəli sürülən bəzi iddialar geniş müzakirələrə səbəb olub. İddia edirlər ki, mətbuat işçilərinin mənzil təminatında məqsəd hakimiyyətin mətbuatı tamamilə öz tərəfinə çəkməsindən ibarət imiş. Üstəlik, şəxsi evi olan, mətbuata xidməti olmayanların ev alacağı haqda iddialar səsləndirilir. Bu məsələ ətrafında vəziyyət çox gərgin və mürəkkəb xarakter alıb. Bəziləri, hətta müəyyən siyahılar da hazırlayıblar ki, bu da həm siyahıda adı olanların, həm də olmayanların narazılığına səbəb olub. Mən də bu məsələlərlə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Beləliklə, lap başdan başlayaq.

"Spike" raketinin ən son versiyası ilk dəfə Qarabağda tətbiq olundu

23 İyun 2017 15:52

Ötən gün iyunun 22-də “Paris Airshow” sərgisində İsrailin “Rafael” şirkəti “Spike” taktiki raketlərinin yeni versiyasını ilk dəfə nümayiş etdirib. Virtualaz.org “The Jerusalem Post”a istinadən xəbər verir ki, “Spike LR II” və ya “Spike 2” adlanan yeni raket qurudan buraxılanda 5.5 kilometr, qırıcı təyyarələrdən buraxılanda isə 10 kilometr uçuş məsafəsinə malikdir. Raket İsraildə uğurla sınaqdan keçirilib. Qəzet bildirir ki, “Spike LR II” artıq Azərbaycan-Ermənistan münaqişəsində tətbiq olunur.

Əmək Nazirliyi tərəfindən daha 50 nəfər əlilliyi olan şəxs Xaçmazdakı Nabran istirahət zonasına yola salınıb

23 İyun 2017 15:46

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq daha 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.

Bakıda Formula 1 zamanı evlilik təklifi

23 İyun 2017 15:36

Bakıda keçirilən Formula 1 yarışı zamanı maraqlı hadisə qeydə alınıb. Britaniyalı turist Qrem Barker sevgilisi Viktoriya Uilyamsa evlilik təklif edib. O, öz təklifini britaniyalı pilot Lüis Hemiltonun bolidi qarşısında səsləndirib.

"Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması" mövzusunda görüş keçirilib

23 İyun 2017 15:35

BMT-nin Mərkəzi Asiya ölkələri iqtisadiyyatı üçün Xüsusi Proqramı: SPECA-nın  "Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması"na həsr olunan Regional Görüşü 22-23 iyun 2017-ci ildə Bişkekdə keçirilib. Burada həmçinin SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyası baş tutub. BMT-ə üzv ölkələrin hökumət nümayəndələri, müvafiq beynəlxalq və reginal təşkilatlar, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik birliklərin iştirak etdiyi tədbirdə dayanıqlı inkişaf üçün fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Beynəlxalq ekxpertlərin müvafiq şərtlər, innovativ siyasət və qaydalar çərçivəsində  milli innovasiya sisteminin idarəedilməsi mövzusunda çıxışları dinlənilib.

Bir neçə sahibkar və avtobus sürücüsü cəzalandırılıb

23 İyun 2017 15:21

Bakı Nəqliyyat Agentliyinin (BNA) son bir həftə ərzində keçirdiyi monitorinqlərin nəticəsi olaraq müvafiq tələblərin pozulması hallarına yol verən müntəzəm sərnişin daşıyıcıları və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb. BNA-dan verilən məlumata görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Baloğlanov Sahib Qasım oğlu isə "D" kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırılma nəticəsində aşkar edilib. Eyni zamanda 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Qazıyev Rəşad Kifayət oğlu sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olduğu üçün sürücünün izahatı alınıb və ona xəbərdarlıq edilib.

Əcnəbilərin ölkəni tərk etmə qaydaları dəyişdirilir

23 İyun 2017 15:18

Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir. Bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə yeni 11-ci bənd təklif edilir. Yeni bəndə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Məişət zorakılığına məruz qalanların mühafizəsi gücləndirilir

23 İyun 2017 15:13

Azərbaycanda məişət zorakılığına məruz qalanların mühafizəsi ilə bağlı qaydalar dəyişdirilir. Bununla əlaqədar “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinin dəyişdirilməsi təklif edilir.

Oqtay Əsədov Koreyaya gedəcək

23 İyun 2017 15:12

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 26-da Koreyayaa səfər edəcək. Bu barədə MM-dən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

AMEA mənzil problemi ilə bağlı səslənən fikirlərə münasibət bildirib

23 İyun 2017 15:10

Azərbaycan Milli Elmlər Akademiyasında olan yataqxana və mənzil məsələsi barədə son günlər mətbuatda gedən bəzi səriştəsiz yazılar bu məlumatı verməyimi labüdləşdirdi. Dəfələrlə mətbuatda bildirildiyi kimi, AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulmuşdur.

İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq

23 İyun 2017 14:57

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Dövlət Gömrük Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkədə fəaliyyət göstərən bankların əməkdaşları üçün seminar keçirilib.

Tarixçi alim: “X sinif "Azərbaycan tarixi" dərsliyində tariximizə ləkə gətirən səhvlər var”

23 İyun 2017 14:55

"Ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında tərtib edilmiş “Azərbaycan tarixi” dərsliyində tariximizə ləkə salan bir sıra yanlış mülahizələrə yol verilib".  Bu fikirləri SalamNews-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Güntəkin Nəcəfli deyib. 

Pensiya təminatı sistemində islahatın dəstəklənməsi məqsədilə yeni Tvinninq layihəsinin təqdimatı olub

23 İyun 2017 14:52

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin təqdimatı olub. Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard,  Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak ediblər.

BSU-nun nümayəndəsi nüfuzlu beynəlxalq konfransda iştirak edib

23 İyun 2017 14:51

İyunun 21 və 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Rus dünyası: indi və gələcəkdə” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Kreml Sarayının  Kiçik zalında  baş tutan  konfransda  dünyanın səksən ölkəsindən 700-dən artıq nümayəndə iştirak etmişdir. Respublikamızı həmin tədbirdə Bakı Slavyan Universitetinin prorektoru, fil.ü.e.d., professor Rafiq Novruzov təmsil etmişdir.

Nazir  büdcə dəyişikliyinin səbələrini açıqlayıb

23 İyun 2017 14:41

"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranmışdır”. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bunu naziri Samir Şərifov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirəsi zamanı deyib.