Sosial
Hər gün şaftalı yemək üçün 7 səbəb
Şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Zəngin kimyəvi tərkib bu dadlı meyvəni insan sağlamlığı üçün olduqca faydalı edir. Şaftalının 7 faydasını sadalayır.
Diqqət: Saç boyaları qara ciyəri məhv edir
Saçların 5-7 il ərzində hər ay boyanması nəticəsində qaraciyər toxumaları məhv olmağa başlayır. Avropa alimləri belə qənaətə gəliblər ki, saçların boyanması ilə qaraciyər xəstəlikləri arasında əlaqə vardır.
Dünya alimləri: A vitamini bütün xəstəliklərin dərmanıdır
Dünya alimləri metobolizm proseslərində mühüm rol oynayan A vitamininin imkanlarını öyrənirlər. Müasir tədqiqatlar göstərir ki, məhz A vitamininin çatışmazlığı immun sistemini zəiflədir və insan infeksiyalar, iltihablar, digər xəstəliklər qarşısında əlacsız qalır. A vitamini həm də ən mükəmməl antidepressantdır. Bu vitamin insan orqanizmi üçün çox əhəmiyyətlidir.
Gündə 2 saatdan çox televizora baxmaq, sağlamlığınızı risqə atır
Siz ekran qarşısında neçə saat keçirirsiniz? Əgər gündə iki saatdan artıq televizora baxırsınızsa – sağlamlığınızın pozulması riski ilə üzləşirsiniz. Həkim Emmanuel Stamatakisin başçılıq etdiyi Böyük Britaniyanın bir qrup həkimi 4 il müddətində 4512 yaşlı pasiyentin vəziyyətini müşahidə etmişdir.
Vegetarianlıq göründüyü qədər də faydalı deyil!
Alimlər belə qənaətə gəliblər ki, təkcə ət yeyənlər ürək xəstəliyi riskinə məruz qalmır. Sən demə, vegetarianlıq da bir o qədər təhlükəsiz deyildir. Vegetarianlar çox vaxt ateroskleroz və tromboza mübtəla olmaq riski ilə üzləşirlər.
Sizi 5 yaş gənc göstərəcək krem - Özünüz hazırlayın
Göz ətrafındakı qırışları aradan qaldırmaq üçün kosmetoloqa getməyə ehtiyac yoxdur. Özünüz evdə krem hazırlayaraq həm gözəlliyinizin qeydinə qalar, həm də büdcənizə qənaət etmiş olarsınız.
Sarımsaq qoxusunu yox etməyin TƏBİİ YOLLARI
Sarımsağın sağlamlığa nə qədər faydalı olduğunu hamımız bilirik. Faydalı olması ilə yanaşı dadı da ləzzətlidir. Ancaq bircə mənfi tərəfi qoxusunun kəskin olmasıdır. Özünüzü saxlamayıb sarımsaq yemisinizsə, adamlar arasında ağzınızı açıb danışmağa utanırsınızsa, bunun bir neçə təbii yolu var. Ailem.az ağızdan sarımsaq qoxusunu yox etməyin yollarını təqdim edir.
Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar
İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bakı şəhəri üzrə Təhsil idarəsindən verilən məlumata görə, Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarət olub.
Daşkəsəndə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib
İyunun 23-də Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Azərbaycanda "Skype"la videozəng hamı üçün mümkün olacaq? - RƏSMİ CAVAB
""Windows" əməliyyat sistemi ilə çalışan mobil qurğuların sahibləri "Skype" videozəng servisindən əvvəlki kimi istifadə edə biləcək". Bunu "Microsoft Azerbaijan"ın rəhbəri Sərxan Həşimov gələn aydan etibarən "Skype"ın bir sıra qurğularda işləməyəcəyi barədə yayılan informasiyaya münasibət bildirərkən deyib.
Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq aşkarlanıb
Qusar rayonu ərazisində eramızdan əvvəl I-II minilliklərə aid olunduğu bildirilən qəbiristanlıq aşkarlanıb. Qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, sovet dövründə aparılan araşdırmalar nəticəsində abidənin orta əsrlərə aid olduğu ehtimal edilib. Q.Ağayevin sözlərinə görə, Qusarda 3 istiqamətdə araşdırma aparılır və 3-4 yeni abidə aşkar edilib. O, qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta eneolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.
Moldova prezidenti Formula 1 Paddokunda olub
Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olublar. Onlar yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər, habelə beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanış olublar.
11 yaşlı uşaq çayda boğuldu
Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub. Hadisə rayonun Yenicə kəndində baş verib. Belə ki, 11 yaşlı Səid Məmmədov kənd ərazisindən keçən Şır-şır çayında çimərkən çayın dərin yerinə düşüb və köməksiz vəziyyətdə qalaraq boğulub. Hazırda onun meytinin tapılması üçün axtarış aparılır.
Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi
Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə bildirib ki, bu gecə 28 May, Sahil və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub. Söhrab Abbasov ETSN-in Meşələrin İnkişafı Departamentinin direktorunun müavini, həmin departamentin Meşəbərpa və meşəsalması sektorunun müdiri vəzifəsinə təyin edilib.














