Gündə 2 saatdan çox televizora baxmaq, sağlamlığınızı risqə atır
Siz ekran qarşısında neçə saat keçirirsiniz? Əgər gündə iki saatdan artıq televizora baxırsınızsa – sağlamlığınızın pozulması riski ilə üzləşirsiniz. Həkim Emmanuel Stamatakisin başçılıq etdiyi Böyük Britaniyanın bir qrup həkimi 4 il müddətində 4512 yaşlı pasiyentin vəziyyətini müşahidə etmişdir.
23 İyun 2017 19:36 SosialSiz ekran qarşısında neçə saat keçirirsiniz? Əgər gündə iki saatdan artıq televizora baxırsınızsa - sağlamlığınızın pozulması riski ilə üzləşirsiniz. Həkim Emmanuel Stamatakisin başçılıq etdiyi Böyük Britaniyanın bir qrup həkimi 4 il müddətində 4512 yaşlı pasiyentin vəziyyətini müşahidə etmişdir. Tədqiqatçılar bildirmişlər ki, televizor proqramlarını 2 saatdan çox izlənilməsi ürək-damar xəstəlikləri riskini 48 faiz artırır. Televizor önündə 4 saatdan artıq oturan mavi ekran həvəskarları isə 125 faiz çox risklə üzləşirlər. Ürəklə bağlı problemlərin sirrini siqaret çəkilməsi, hipertoniya, çəkinin həddindən çox olması ilə əlaqələndirmək düzgün deyildir: bu tendensiya insanın sağlamlığı və həyat tərzi ilə bağlı digər vəziyyətlərdən asılı olmayaraq özünü büruzə verir. Alimlər bu qanunauyğunluğu metabolik və soyuqdəymə halları ilə izah edirlər. Demə mavi ekran qarşısında keçirilmiş artıq saatlar qanda iltihab prosesini artırır.