Vegetarianlıq göründüyü qədər də faydalı deyil!

Alimlər belə qənaətə gəliblər ki, təkcə ət yeyənlər ürək xəstəliyi riskinə məruz qalmır. Sən demə, vegetarianlıq da bir o qədər təhlükəsiz deyildir. Vegetarianlar çox vaxt ateroskleroz və tromboza mübtəla olmaq riski ilə üzləşirlər.

Vegetarianların yeməyində dəmir, sink, B 12 vitamini və omeqa-3 piy turşusu kimi bir çox zəruri mikroelementlər çatışmır. Əvəzedilməz piy turşuları xüsusi problem yaradır. Hətta tarazlaşdırılmış vegetarian rasionunda belə zülalın miqdarı kifayət qədər deyildir.

Vegetarianlıq pəhrizindən zərər görməmək üçün omeqa-3 piy turşularının və B 12 vitamininin miqdarını artırmaq lazımdır. Bunlardan birincisinin miqdarı balıq, qoz, habelə bitki yağlarının (raps, kətan və qoz yağı) tərkibində yüksəkdir. B12 vitamini isə əsasən heyvan mənşəli qidada, xüsusən dəniz və süd məhsullarında, yumurtanın tərkibində çoxdur. Odur ki, B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün vegetarianlar xüsusi əlavələr qəbul etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31