Sosial

Sosial tərəfdaşlar və BƏT nümayəndələri ilə birgə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunur

29 İyun 2017 11:33

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” mövzusunda seminar öz işinə başlayıb. İki gün davam edəcək tədbirin açılışında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in şöbə müdiri xanım Nensi Lepink və baş mütəxəssisi Valentin Mokanu, Rusiyanın Əmək Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutunun sektor müdiri xanım Yekaterina Kuznetsova və b. iştirak ediblər.

İnşaatçılar prospektində yerləşən dairə ləğv edildi

29 İyun 2017 11:30

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə (Statistika dairəsi) artıq ləğv edilib.

Səyyar ASAN Xaçmaz, Xaldan və Qobuda

29 İyun 2017 11:02

Səyyar ASAN xidmət 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar  4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Şikayət təsdiqini tapmayıb

29 İyun 2017 10:03

Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Şikayət yerində araşdırılıb

28 İyun 2017 11:28

Ekologiya və Təbii Sərvətlər    Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub. Nazirlikdən "Olaylar" - a bildirilib ki, şikayət ETSN-nin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb. 

Bayram günləri yol qəzalarında 10 nəfər öldü

28 İyun 2017 11:20

Azərbaycanda istirahət və bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, iyunun 24-dən 28-dək respublikanın avtomobil yollarında 26 yol-nəqliyyat hadisəsi baş verib.

Bayram bir ailə üçün faciəyə döndü

27 İyun 2017 11:35

Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb. Hadisə Balakən-Qazma avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi "VAZ 2106" markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin idarə etdiyi "Mercedes" markalı 08 BF 891 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il təvəllüdlü Əminə Kamal qızı Bayramova və "Mercedes"in sürücüsü Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Tovuz sakini qarpızdan zəhərlənib

27 İyun 2017 11:30

Tovuz rayonunda yerli sakin qarpızdan zəhərlənib. Rayonun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlu yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Özbəkistanda yaşamış tanınmış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin barelyefinin açılışı olub

26 İyun 2017 11:35

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Səmərqənd şəhərində artıq bir həftədir ki, “Azərbaycan Mədəniyyət günləri” uğurla davam edir və bu məqsədlə  Səmərqənddə Azərbaycan  mədəniyyətinə dair silsilə tədbirlər keçirilir.

Nigar Adil yazır... Salam əsgər!

26 İyun 2017 10:30

Qadın olaraq əsgərlik həyatının necə olduğunu bilmirəm. Mən də bütün qadınlar kimi ətrafdakı kişilərin danışdıqları qədər məlumatlıyam. Yəni, əsgərlikdə onları heç kim incitməyib və eləcə də onlar heç kimi incitməyib. Çox istərdim ki, bütün bu eşitdiklərim həqiqət olsun...

29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 08:26

Tovuzda zəhərlənmə olub. Rayonun Əyyublu kənd sakini, 1988-ci il təvəllüdlü Mədətov Elmar Eldar oğlu alkoqol zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Bakı dünyanın ən ucuz şəhərləri sırasında - REYTİNQ

24 İyun 2017 21:59

Beynəlxalq konsaltinq şirkəti olan "Mercer"in tərtib etdiyi "Cost of Living Survey 2017" adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir. Reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib. Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb. Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb

“Qalibiyyət – şahidlər və şəhidlər” kitabı təqdim olundu

24 İyun 2017 17:12

İyunun 24 - də Dövlət İdarəçilik Akademiyasında tanınmış araşdırmaçı, publisit jurnalist Aida Eyvazlının “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatını keçirilib. ASAN xidmətdən  "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN könüllülərinin vətənpərvərlik mövzusuna daim diqqət yetirdiklərini, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib. Ü. Mehdiyev, həmçinin, aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu qeyd edib.

Elçibəy işığı

24 İyun 2017 10:00

ELÇİBƏY haqqında yazmaq, onun barəsində söz demək çox çətindir. ELÇİBƏY ucalığına aşağıdan yuxarı boylanan adam onun layiq olduğu kəlmələri yazmaq üçün söz axtarışına çıxmalıdır. Və bu axtarışın nəticəsinə uyğun fikir bildirməlidi.

İlan itini sancmasın deyə özünü fəda etdi

23 İyun 2017 20:10

Amerikanın Arizona ştatındakı Finiks şəhərində yaşayan kişi itini xilas etmək üçün iri ilanın onun özünü sancmasına şərait yaradıb. 62 yaşlı Maykl Siburq evinin həyətindəki hovuzu təmizləyərkən qəribə bir xışıltı səsi eşidib. Məlum olub ki, ilan təmizlik əşyalarının altında gizlənib. O, bu qəribə səslə maraqlanıb və onun mənbəyini axtarmağa çalışıb. Bu məqamda axtarış prosesinə onun iti də qoşulub. İt burnunu ilana tərəf aparanda kişi itini cəld bir hərəkətlə ordan uzaqlaşdırmağa nail olub. Bu məqamda isə ilan onun əlindən çalıb: “Mən bilirdim ki, ilan onu sancacaq, amma qərar verdim ki, iti sancmaq əvəzinə məni sancsa daha yaxşı olacaq”.