Şikayət təsdiqini tapmayıb

Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Lənkəran rayonu Diryan kənd sakini Təranə Xankişiyeva Hirkan Milli Parkındakı qanun pozuntuları barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq yerində araşdırma aparılıb.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, araşdırma zamanı T.Xankişiyeva onun adından ünvanlanmış müraciətdən xəbərsiz olduğunu, Milli Parkın ərazisində ağacların kəsilməsi və digər qanun pozuntuları barədə məlumatının olmadığını bildirib.

Buna baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən şikayət ərizəsində qeyd olunan Hirkan Milli Parkının Diryan meşəbəyliyinin 3 saylı dolayının ərazisinə baxış keçirilib. Baxış zamanı ərazidə ağac kəsilməsi faktı aşkar edilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31