Səyyar ASAN Xaçmaz, Xaldan və Qobuda

Səyyar ASAN xidmət 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar  4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar ASAN xidmət 29 iyun - 28 avqust Xaçmaz şəhərində, 29 iyun - 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun - 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. 

ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar  4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31