Sosial
Bakı metrosunda ehtiraslı anlar - Gənclər özlərini "saxlaya" bilmədilər - VİDEO
Bakı metrosunda iki gəncin açıq-aşkar hər kəsin gözü qarşısında öpüşməsini əks etdirən yeni görüntülər yayılıb. Cütlüyün ətrafdakılara əhəmiyyət vermədən eskalatorda öpüşdüyü görünür. Video mediada yayıldıqdan sonra onların ünvanına çoxu sayda tənqid və təhqir yağıb.
Bakı Zooparkında yenidənqurma işləri başlayır
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 80 ildən artıq fəaliyyətdə olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır. Fonddan verilən məlumata görə, Bakı Zooloji Parkının təmiri ilə bağlı ətraf mühit və heyvanların qorunması üzrə fəaliyyəti ilə seçilən L. Əliyevaya şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər ünvanlanıb.
Qəza zamanı yol təsərrüfatına 1250 manat ziyan dəyib
Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, markası məlum olmayan avtonəqliyyat vasitəsi Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb.
Ege dənizində zəlzələ
“Olaylar” Səhər saatlarında Türkiyənin İzmir şəhərində zəlzələ qeydə alınıb. Zəlzələnin episentrinin Ege dənizində Karaburun ətrafında olduğu bildirilir. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, zəlzələ 3,6 bal gücündə baş verib. Yeraltı təkan İzmir şəhərində və ətraf bölgələrində hiss olunub.
Milli-mənəvi dəyərlər təbliğ olunur
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini media nümayəndələri, QHT sədrləri, politoloq və ictimai fəllarla birgə keçirib.
Astroloji proqnozlara maraq niyə azalır? - Səbuhi Rəhimli: “Falçılıq şeytan işidir”
“Görəsən, bu gün işlərim necə gedəcək?”, “Gün ərzində əlimə pul gələcəkmi?”, “Bəlkə, bu gün səfərə çıxmayım?”... Bu cür ifadələr çoxumuza tanışdır. Ya hansısa qəzeti vərəqləmək, ya da ekran qarşısında əyləşməklə ulduzların nə vəd edəcəyini səbirsizliklə gözləyən kəslərin olması heç kimə sirr deyil.
Yeni Zelandiyada GÜCLÜ ZƏLZƏLƏ
Sakit okeanda Yeni Zelandiya sahilləri yaxınlığında Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Kermadek adaları regionunda yerin 400 kilometrə yaxın dərinliyində qeydə alınıb. Təkanlarla bağlı sunami təhlükəsi barədə hələ məlumat verilməyib.
“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar keçirilir
Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminarın açılış mərasimi keçirilib.
Lisey və gimnaziyalara qəbul olunmayan uşaqlar digər məktəblərə yerləşdiriləcək
“Bəzi məktəblərdə qəbul prosesi artıq bitib. Valideynlər övladlarının lisey və gimnaziyalarda təhsil almasına üstünlük veriblər. Onlar uşaqların adi məktəblərdə təhsil almasını seçməyiblərsə, sonradan yaranan narazılıqlarını başa düşürəm. Amma təəssüf ki, bütövlükdə bu proses cəmiyyətin ixtiyarına verilib. Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”.
Məhəbbət Vəliyeva: “Məktəbə hazırlıqda ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik”
Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəqədər hazırlıq qruplarına uşaqların 65%-i cəlb ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilində bu rəqəm 55% olub. Onun sözlərinə görə, bu il ayrılan əlavə 10% yer əsasən Bakı ətrafı qəsəbələri əhatə edəcək.
Alimlərə əlavə ödənişlərin verilməsi ilə bağlı XƏBƏR
Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır. Bunu ki, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.
Yaşayış binasında yanğın baş verib
Bakının Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub. “Olaylar”ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 14 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxlıyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Nazir: “Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya daxil olan oğlanların sayı artıb”
Magistraturaya daxil olan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində magistraturaya qəbul olan oğlanların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
Təhsil naziri universitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib
Təhsil naziri Mikayıl Cabbarovuniversitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib. Nazir deyib ki, burada hüquqi-təşkilati formanın dəyişdirilməsi, ölkə qanunvericiliyi ilə uyğunlaşdırılması prosesi müşahidə edilir. M. Cabbarov qeyd edib ki, bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir: "Nizamnamələrdə müvafiq dəyişikliklər edilir və yeni idarəetmə strukturları tətbiq edilir".
BŞTİ rəhbəri: “Məktəblərdə şagird sıxlığı ilə bağlı vəziyyət həqiqətən gərgindir”
"Məktəblərdə sıxlıqla bağlı problemlər hələ də qalır”. bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, bu məsələ yalnız Təhsil Nazirliyinin problemi deyil, ümumiyyətlə, ərazidə məskunlaşma ilə əlaqəli problemdir.














