Məhəbbət Vəliyeva: “Məktəbə hazırlıqda ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik”

Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəqədər hazırlıq qruplarına uşaqların 65%-i cəlb ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilində bu rəqəm  55% olub. Onun sözlərinə görə, bu il ayrılan əlavə 10% yer əsasən Bakı ətrafı qəsəbələri əhatə edəcək.

Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəqədər hazırlıq qruplarına uşaqların 65%-i cəlb ediləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib ki, ötən tədris ilində bu rəqəm  55% olub. Onun sözlərinə görə, bu il ayrılan əlavə 10% yer əsasən Bakı ətrafı qəsəbələri əhatə edəcək. M.Vəliyeva qeyd edib ki, təhsil idarəsi son 2 ildə I sinfə qəbulu elektron sistem vasitəsilə həyata keçirir. Onun sözlərinə görə, bu il məktəbə hazırlıq qruplarına qəbul da həmin sistemə inteqrasiya edilir və bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır: "Güman edirəm ki, sentyabrın əvvəllərində məktəbə hazırlıqla bağlı işləri yekunlaşdırıb valideynlərin istifadəsinə verəcəyik. Məktəbə hazırlıqda ərazi prinsipini tam tətbiq etmək mümkün olmayacaq. Çünki söhbət 65% uşağın məktəbə hazırlığa cəlb edilməsindən gedir. 2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq. Amma Bakının 12 rayonunun hər birində məktəblərdə məktəbə hazırlıq təşkil olunacaq. Biz məktəbə hazırlıq mərhələsində bütövlükdə ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31