Milli-mənəvi dəyərlər təbliğ olunur

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini media nümayəndələri, QHT sədrləri, politoloq və ictimai fəllarla birgə keçirib.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir" adlı növbəti tədbirini media nümayəndələri, QHT sədrləri, politoloq və ictimai fəllarla birgə keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə ADİİM sədri Cavid Şahverdiyev layihə haqqında qısa məlumatı ümummilli liderimizin milli mənəvi dəyərlərlə bağlı fikri ilə başlayıb: "Ulu öndər Heydər Əliyev deyib: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir". Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Tədbirdə iştirak edən Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili çıxışında qeyd edib ki, qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalıb, bu dəyərləri əsrlərlə yaşadıb və inkişaf etdirib. Nəzərmedia.az saytının rəhbəri Nəzərbəy Hacıağayev qeyd edib ki, gənc nəslin milli ruhda böyüməsi,onlara vətənpərvərlik hisslərinin aşılanmasında, adət -ənənələrimizin qorunub saxlanılmasında belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31