Diqqət: Saç boyaları qara ciyəri məhv edir
Saçların 5-7 il ərzində hər ay boyanması nəticəsində qaraciyər toxumaları məhv olmağa başlayır. Avropa alimləri belə qənaətə gəliblər ki, saçların boyanması ilə qaraciyər xəstəlikləri arasında əlaqə vardır.
23 İyun 2017 19:45 SosialSaçların 5-7 il ərzində hər ay boyanması nəticəsində qaraciyər toxumaları məhv olmağa başlayır. Avropa alimləri belə qənaətə gəliblər ki, saçların boyanması ilə qaraciyər xəstəlikləri arasında əlaqə vardır. Alimlər saç boyalarının vurduğu ziyanın öyrənilməsinə həsr olunmuş tədqiqat apararaq müəyyən ediblər ki, saçların ayda bir dəfədən çox boyanması qaraciyərin sağlamlığı ilə bağlı problemlərin yaranması riskini xeyli artırır. Avropada və MDB dövlətlərində açıq satışda olan saç boyalarının, demək olar, hamısında qaraciyər toxumalarına son dərəcə mənfi təsir göstərən maddələr vardır.