"Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması" mövzusunda görüş keçirilib
BMT-nin Mərkəzi Asiya ölkələri iqtisadiyyatı üçün Xüsusi Proqramı: SPECA-nın "Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması"na həsr olunan Regional Görüşü 22-23 iyun 2017-ci ildə Bişkekdə keçirilib. Burada həmçinin SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyası baş tutub. BMT-ə üzv ölkələrin hökumət nümayəndələri, müvafiq beynəlxalq və reginal təşkilatlar, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik birliklərin iştirak etdiyi tədbirdə dayanıqlı inkişaf üçün fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Beynəlxalq ekxpertlərin müvafiq şərtlər, innovativ siyasət və qaydalar çərçivəsində milli innovasiya sisteminin idarəedilməsi mövzusunda çıxışları dinlənilib.
23 İyun 2017 15:35 SosialBMT-nin Mərkəzi Asiya ölkələri iqtisadiyyatı üçün Xüsusi Proqramı: SPECA-nın "Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılması"na həsr olunan Regional Görüşü 22-23 iyun 2017-ci ildə Bişkekdə keçirilib. Burada həmçinin SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyası baş tutub. BMT-ə üzv ölkələrin hökumət nümayəndələri, müvafiq beynəlxalq və reginal təşkilatlar, beynəlxalq maliyyə institutları, özəl sektor və akademik birliklərin iştirak etdiyi tədbirdə dayanıqlı inkişaf üçün fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Beynəlxalq ekxpertlərin müvafiq şərtlər, innovativ siyasət və qaydalar çərçivəsində milli innovasiya sisteminin idarəedilməsi mövzusunda çıxışları dinlənilib. Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyaların yaradılmasına dair regional baxışlar, eko-innovasiya və sosial innovasiyaların bu sahədə rolu, sosial sahibkarlığın təşviq edilməsi və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə investisiyanın cəlbedilməsi üçün əlverişli mühitin yaradıılmasında hökumətin rolu mövzusunda fikirlər səsləndirilib. AMEA YTP-nin əməkdaşı Vüsal Süleymanlı Azərbaycanda bilik iqtisadiyyatının və elm, dövlət, sənaye əsaslı innovasiya ekosisteminin inkişafı mövzusunda təqdimatla çıxış edib. Ölkəmizdə dayanıqlı inkişaf məqsədləri üçün görülən işlər, startap ekosistemindəki son durum, bu sahədəki fəaliyyət planı barədə məlumat verib.
SPECA-nın biliklərə əsaslanan inkişaf üzrə İşçi Qrupunun 9-cu sessiyasında Dayanıqlı İnkişaf Məqsədləri üçün innovasiyanın yaradılması üzrə regional seminarın nəticələri müzakirə edilib. 2018-2019-cu il üçün SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə İşçi Qrupunun fəaliyyət proqramı qəbul edilib. Növbəti il üçün İşçi Qrupunun sessiyasının keçiriləcəyi ölkə ilə bağlı təklidlər irəli sürülüb.
Tədbirdə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Asiya və Sakit okean regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Almaniya, Belçika, Ukrayna, Birləşmiş Krallıq, Belarusiya, Niderland və s. ölkələrdən nümayəndələr iştirak ediblər.