Məişət zorakılığına məruz qalanların mühafizəsi gücləndirilir
Azərbaycanda məişət zorakılığına məruz qalanların mühafizəsi ilə bağlı qaydalar dəyişdirilir. Bununla əlaqədar “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinin dəyişdirilməsi təklif edilir.
23 İyun 2017 15:13 SosialAzərbaycanda məişət zorakılığına məruz qalanların mühafizəsi ilə bağlı qaydalar dəyişdirilir. Bununla əlaqədar "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun 12-ci (Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası) maddəsinin 4-cü bəndinin dəyişdirilməsi təklif edilir. Yeniliyə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qanunvericiliyə uyğun olaraq icraya yönəldilir". Bununla məişət zorakılığına məruz qalan şəxsin üzləşdiyi faktla və onun mühafizəsi ilə bağlı tədbirlərin təxirə salınmadan, daha sürətlə həyata keçirilməsi mexanizmi tətbiq olunur. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 30-da müzakirəyə çıxarılacaq.