Nazir büdcə dəyişikliyinin səbələrini açıqlayıb
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranmışdır”. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bunu naziri Samir Şərifov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirəsi zamanı deyib.
23 İyun 2017 14:41 Sosial"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davam etdirilməsi, bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar olaraq 2017-ci il dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti yaranmışdır". Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bunu naziri Samir Şərifov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirəsi zamanı deyib. Nazir bildirib ki, dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 511,0 mln. manat artırılaraq 16766,0 mln. manata, xərclər isə 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılacaq. Dəyişiklikdən sonra 2017-ci il icmal büdcənin gəlirləri 22840,9 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2820,2 mln. manat və ya 14,1 faiz çoxdur. İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəriciyə nisbətən 3,7 faiz və ya 1051,0 mln. manat artırılaraq 29818,2 mln. manata çatdırılması nəzərdə tutulur. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bəyənilən qanun layihəsinin Milli Məclisin iyunun 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.