Ermənistanın Qarabağı de-yure özünə tabe etmək cəhdləri yeni mərhələdə
Son vaxtlar cəbhə xəttində verdiyi itkilər, Azərbaycanın hərbi potensialının artması fonunda bu sahədə Bakıdan geri qalması. eləcə də daxildə narazılığın baş qaldırması Sərkisyan hakimiyyətini yeni manevrlər etmək məcburiyyətində qoyub. Belə ki, İrəvan Dağlıq Qarabağı de-yure özünə tabe etmək istiqamətində fəaliyyətə keçib. Bunun üçünsə Ermənistan hakimiyyəti öz sahibi Rusiya deyil, Avropa ilə işləməyə üstünlük verib. Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyanın Belçikaya reallaşdırılan səfərində də məqsəd məhz budur.
23 İyun 2017 13:50 Sosialİşğalçı ölkə yenə Kosova variantını gündəmə gətirir
Son vaxtlar cəbhə xəttində verdiyi itkilər, Azərbaycanın hərbi potensialının artması fonunda bu sahədə Bakıdan geri qalması. eləcə də daxildə narazılığın baş qaldırması Sərkisyan hakimiyyətini yeni manevrlər etmək məcburiyyətində qoyub. Belə ki, İrəvan Dağlıq Qarabağı de-yure özünə tabe etmək istiqamətində fəaliyyətə keçib. Bunun üçünsə Ermənistan hakimiyyəti öz sahibi Rusiya deyil, Avropa ilə işləməyə üstünlük verib. Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyanın Belçikaya reallaşdırılan səfərində də məqsəd məhz budur. Ekspertlər hesab edirlər ki, 20 ildən artıqdır Rusiyanın yardımı ilə işğal altında saxladığı Dağlıq Qarabağı de-yure özününküləşdirə bilməyən Ermənistan indi şimal qonşumuzdan bir qədər üz döndərib öz maraqları naminə qoca qitəyə, onunla əməkdaşlığı daha da genişləndirməyə üstünlük verir. Elə müstəqil ekspert Rövşən Məmmədli də bu qənaətdədir. O, bildirib ki, Ermənistan Dağlıq Qarabağı de-yure əlinə keçirmək üçün vaxt itirmədən çeşidli manevrlər edir, çalışır. Onun sözlərinə görə, İrəvan nəinki Dağlıq Qarabağ, hətta ətrafındakı işğal etdiyi rayonları da özündə saxlamaq niyyətini gizlətmir: "Bu günə kimi Rusiyaya baş əyən Ermənistan Kremlin birbaşa dəstəyi ilə Dağlıq Qarabağı və onun ətrafındakı əraziləri işğal etdi. Rusiyanın dəstəyi ilə bu günə kimi, 25 ildir bu işğalı davam etdirir. Ancaq hiyləgər ermənilər anlayırlar ki, Rusiya daha öncəki Rusiya deyil, üzü dağılmağa doğru yönəlməkdədir. Ən əsası isə Rusiya torpaqları işğal edib Ermənistana versə də, ancaq hüquqi cəhətdən, de-yure onu həll edə bilmir. Ermənistan bunu hüquqi cəhətdən həll etmə ehtimalını, mexanizmini Avropa və Amerikada görür. Kosovo variantına ümid bəsləyir". Rövşən Məmmədli onu da qeyd edib ki, Avropa əlində insan hüququ, milli azlıqların hüquqları və s. kimi bəhanələri saxlayaraq Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər: "Bax bu səbəbdən də Ermənistan ikinci qarpızı, yəni Qərbi də əlinə almağa başlayıb. Artıq NATO ilə münasibətləri dərinləşdirmək niyyətindədir. Əgər Ermənistan bu cür riskli bir oyuna gedirsə, deməli ermənilərə Avropada, NATO-da söz verənlər də var". Ekspert bildirib ki, Ermənilər "Kosovo" variantını Qarabağla eyniləşdirməyə çalışırlar: "Bu iki münaqişə tamam fərqli olsa da, ermənilər yalanlarla onları oxşatmağa çalışırlar. Bir sözlə ermənilər 25 ildir Qarabağı özününküləşdirmək üçün dəridən-qabıqdan çıxırlar və onların bu oyunbazlığı artıq .Azərbaycan üçün çox təhlükəlidir. Ermənilər hamısı bütöv şəkildə Qarabağ davası aparırkən, Azərbaycanda isə bunun tam əksini görürük. Bir çox məmurlar Azərbaycanın sərvətlərini talan edir, nəinki Qarabağı, heç xalqı belə saymırlar. Qarabağ yalnız döyüşlər qızışanda yada düşür. Müxalifətin isə özü yox görüntüsü qalıb. O da Avropaya sarıdır ki, bundan da nə xalqa, nə də Qarabağa bir xeyir yoxdur. Belə bir vəziyyət ölkəmizdə hökm sürürsə, ermənilər çox ustalıqla bundan yararlanıb bu dəfə Avropanın əli ilə Qarabağı de-yure əldə etməyə çalışacaqlar. Daha doğrusu bu oyun artıq başlanıb. Odur ki, daha "lazım" gözləməməliyik. Müxalifət də "Qarabağ məsələsində biz hakimiyyəti dəstəkləyirik" kimi formallıqdan əl çəkməlidir. Qarabağ məsələsi elə günü sabahdan Azərbaycanın ölüm-qalım məsələsinə çevrilməlidir. Bütün ölkə yalan sözlərdə yox, gerçək əməldə bir araya gəlməli və Qarabağın ağılla davasını aparmalıdır. Öncə Dağlıq Qarabağda yaşayan ermənilərə müraciətlər olunmalı, onlara Azərbaycan vətəndaşlığına qayıtmaları və Azərbaycanın tərkibində öz icmaları ilə yaşayaraq Konstitusiyamızın verdiyi bütün hüquq və azadlıqlardan istifadə etmələri təklif olunmalı, inandırıcı addımlar atılmalıdır. Ermənistana isə 10 gün müddət verilməlidir ki, bütün qoşunlarını işğal ərazisindən çıxarsın. Bunlar olmayacaqsa, onda rəşadətli ordumuz öz xilaskarlıq fəaliyyətinə başlamalıdır. Bu zaman dinc əhalini maksimum qorumaq və təhlükəsizliklərini təmin etmək vacibdir. Əgər geciksək, yaxud səhvlərə yol versək, xoşagəlməz hallarla qarşılaşacağımız şəksizdir. Odur ki, Azərbaycan günü bu gün əlində bir qarpız tutmalı, məsələni dərindən təhlil edib düzgün yolu tutub getməlidir. Düzgün yol isə Rusiyaya və Avropaya olan yalançı inamı bir tərəfə qoyub məsələnin beynəlxalq hüquq müstəvisində həllini tələb etmək, Minsk qrupundan elə günü bu gün imtina etmək, Ermənistandan danışıqsız, şərtsiz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağı tələb etmək, bir milyon məcburi köçkünü ayağa qaldırıb vətənə qayıdışını ortaya qoymaqdır. Bir sözlə bütün ermənilər özlərinin olmayan və heç bir haqları çatmayan Qarabağı min bir hiylə ilə bizdən qoparmaq istəyirlər, biz isə bu boyda problemi buraxıb qarnımızın, mədəmizin hayında olmağımıza son verib Qarabağ uşrunda yeni çabalara başlamalıyıq. Biz buna məcburuq və bu addımı atmalıyıq. Əks halda ermənilər tarixdə olduğu kimi bu dəfə də öz yalanlarına beynəlxalq aləmi inandıraraq Qarabağı Azərbaycandan de-fakto olduğu kimi, de-yure də qoparacaqlar. Ona görə də vaxt itirmək lazım deyil".
Süleyman