“Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Ramazan həmrəylik və birlik ayıdır” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Balakən rayon qazısı Hacı İbrahim İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramı ilə bağlı fətvasını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Balakən rayonunda Ramazan ayı müddətində hər hansı problem yaşanmayıb. Qazı bayram namazı və fitrə sədəqəsi ilə bağlı məsələlərin QMİ-nin fətvasına uyğun icra edilməsinin zəruriliyini vurğulayıb.
23 İyun 2017 13:31 SosialBalakən Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Ramazan həmrəylik və birlik ayıdır" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən Balakən rayon qazısı Hacı İbrahim İbrahimov Qafqaz Müsəlmanları İdarəsinin Ramazan bayramı ilə bağlı fətvasını və bayram təbriklərini tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Balakən rayonunda Ramazan ayı müddətində hər hansı problem yaşanmayıb. Qazı bayram namazı və fitrə sədəqəsi ilə bağlı məsələlərin QMİ-nin fətvasına uyğun icra edilməsinin zəruriliyini vurğulayıb.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxış edərək tarixboyu xalqlara və millətlərə, onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşılan Azərbaycanın İslam həmrəyliyinin qorunmasında və inkişafında nümunəvi ölkələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev də öz növbəsində qarşıdan gələn bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib və QMİ tərəfindən verilən təqvimə riayət olunmasının vacibliyindən söhbət açıb.