Dostluq və zəfər nəğməkarı
Qədim Türküstanın bağrını doğma Azərbaycan sazının-sözünün nəfəsi heç vaxt tərk etməmişdir. Görkəmli şair və dramaturq Maqsud Şeyxzadədən (1908-1967) sonra qardaş Özbəkistanda onun ənənələrini layiqincə davam etdirən başqa bir soydaşımız şair, tərcüməçi və ədəbiyyatşünas Akif Azalpdır. O, 1954-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulmuş, 1971-ci ildə orta məktəbi Qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə təhsilini davam etdirmək və bir tərcüməçi-türkoloq kimi yetişmək üçün dövlət xətti ilə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə göndərilmişdir. Fərqlənmə diplomundan sonra Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1979-1982) uğurla başa vurub, həmin institutun müxtəlif şöbələrində elmi işçi kimi fəaliyyət göstərmişdir.
23 İyun 2017 13:28 SosialQədim Türküstanın bağrını doğma Azərbaycan sazının-sözünün nəfəsi heç vaxt tərk etməmişdir. Görkəmli şair və dramaturq Maqsud Şeyxzadədən (1908-1967) sonra qardaş Özbəkistanda onun ənənələrini layiqincə davam etdirən başqa bir soydaşımız şair, tərcüməçi və ədəbiyyatşünas Akif Azalpdır. O, 1954-cü ildə Şahbuz rayonunun Nursu kəndində doğulmuş, 1971-ci ildə orta məktəbi Qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə təhsilini davam etdirmək və bir tərcüməçi-türkoloq kimi yetişmək üçün dövlət xətti ilə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə göndərilmişdir. Fərqlənmə diplomundan sonra Özbəkistan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1979-1982) uğurla başa vurub, həmin institutun müxtəlif şöbələrində elmi işçi kimi fəaliyyət göstərmişdir.
Akif Azalp indiyə qədər Azərbaycan və özbək dillərində ərsəyə gələn yüzlərlə şeir və tərcümələrin, bir sıra poema və balladaların("Türkmənçay", "Habil", "Paytaxt", "Olimp", "Məva", "Nuhçıxan", "Müsyö Feniks", "Özbəknamə" və s.), "Mələklərin eşqi" adlı mənzum-musiqili dramın, bir neçə şeir və tərcümə kitablarının("Sabahın işığı", "Turan havası", "Krım-tatar xalq şeirindən seçmələr", "Özbək xalq şeirindən seçmələr" və s.), eləcə də, "Türkdilli poeziyada tuyuq(janrın poetikası və tarixi)", "Bədii ideal və tarixi həqiqət(problemin nəzəriyyəsinə dair)", "Dahinin zövqü və zövqün dahisi", "Turanın qürur zirvəsi və birlik rəmzi", "Əsrlərin romanı - nəsillərin manifesti("Bir gəncin manifesti"nə yeni baxış)", "Bədii həqiqətin gücü( yaxud "Daş yuxular"dakı Tülkü obrazının məğzi)", "Daş yuxular"ın daşnak suyumu", "Ömər Xəyyamın bir rübaisi və Nuh tufanının tarixi", "Yüz ilin tənhalığı" yox, "Tənhalığın yüz ili!(yaxud böyük adlar təsadüfən seçilmir)" və s. kimi elmi tədqiqat və məqalələrin müəllifidir. Hal-hazırda "Məzhəkədən mərsiyəyə gedən yol("Gorus - 2010..." və "Daş yuxular")" adlı tədqiqatla yanaşı, "İstiqlalnamə" adlı poema üzərində çalışır. Akif Azalp yaradıcılığında xüsusi yer tutan idman dəyərləri və Olimpiya ideallarının tərənnümü ümumən çağdaş poeziyada böyük yenilik kimi qiymətləndirilir.2005-ci ildə bədii uğurlarına görə paytaxtımızda keçirilən I Beynəlxalq Bakı konfransında Azərbaycan Yazıçılar Birliyinin mükafatına, 2014-cü ildə birillik Prezident təqaüdünə layiq görülmüşdür.Təsadüfi deyil ki, Akif Azalp vaxtında öz istedadı ilə Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Nəriman Həsənzadə, Fikrət Qoca, Sabir Rüstəmxanlı kimi Azərbaycan və Camal Kamal, Azad Şərəfəddinov, Abdulla Arif, Rauf Pərfi, Şükür Xalmirzə, Osman Əzim kimi Özbəkistan xalq şairləri və yazıçıları tərəfindən etiraf olunmuş sanballı söz adamıdır. Onun haqqında və iştirakı ilə hər iki ölkədə bir neçə sənədli telefilm çəkilmişdir.
Akif Azalpın qardaş ölkədəki fəaliyyətinin bir hissəsi (1986 - 2005) qeyrətli özbək ziyalıları ilə birlikdə Özbəkistandakı erməni lobbisinə qarşı ciddi və ardıcıl mübarizədən ibarət olub.Onun öz vaxtında Qdlyan və Melkumovlara qarşı özbəkcə yazılmış və çoxsaylı mitinqlərdə oxunmuş "Özbək nidası" (1986-1991) adlı poetik triptixi türkdilli ədəbiyyatlarda böyük əks-səda yaratmış, çoxsaylı ithaf və nəzirələrə qaynaq olmuşdur. Uzaq illərdən bəri "Azərbaycan ədəbiyyatının Özbəkistandakı və özbək ədəbiyyatının Azərbaycandakı səfiri" (Anar) kimi tanınan Akif Azalpın xalqımızın qəlbinə həmnəfəs olan iki şeirini oxucularımıza təqdim edirik.
İnam
Qurub-yaratmaq eşqi yurdu sarandan bəri,
Gülzarlara çevirir kəndləri, şəhərləri.
Yeni Azərbaycanla illər ötdükcə bir-bir,
Əbədiyyət qazanır Öndərin şah əsəri!
İlhamla güləcəkdir bu yurdun hər səhəri,
İlhamla gələcəkdir bu yurdun nər zəfəri!
Yaxşısı, yurd eşqinə alışan güllər desin,
Gülzarlar sorağında yanan bülbüllər desin!
Olimpin səmasından yağan "qızıl"lar ilə
Göydələn kürsülərdən gələn ödüllər desin!
İlhamla gələcəkdir Vətənin zər zəfəri
İlhamla güləcəkdir Vətənin hər səhəri!
Bu fədakar bir xalqın bəxt-iqbal nidasıdır,
Ərşi qucan bayrağın istiqlal nidasıdır!
Bir amalın yolunda sarsılmaz nəsillərin,
Neçə-neçə ellərin istiqbal nidasıdır!
İlhamla güləcəkdir bu yurdun hər səhəri,
İlhamla gələcəkdir bu yurdun nər zəfəri!
Ağ donlu göyərçinlər səmaya qalxan kimi,
Uğur diləyən əllər duaya qalxan kimi,
Yox, əgər Qarabağdan dumanlar çəkilməsə,
Od püskürən şahinlər havaya qalxan kimi,
İlhamla gələcəkdir Vətənin zər zəfəri,
İlhamla güləcəkdir Vətənin hər səhəri!
(Özbəkcədən Yaşar Qasımbəyli tərcüməsi)
2011
Xocalı yürüşü
("Xocalıya ədalət!" beynəlxalq kompaniyasının uğurlarına...)
Üstü açıldıqca dünya önündə,
Son əsrin son etnik cinayətinin,
Canilər xofdadır anım günündə
Dəhşətli Xocalı müsibətinin!
Çağdaş eseslərlə nəs sarayında,
S nöqtə S artıq öz harayında!
Bir-bir ölkələri, sədləri aşır,
Ağır rekviyemlər, sərgilər..., yahu!
Qitələr ərşində nakam dolaşır,
Düz 613 şəhidin ruhu!..
Çağdaş eseslərin şər sarayında,
S nöqtə S yalnız taxt harayında!
Artıq dalandadır yeni nasistlər,
Yırtılmaqda cırtdan Hitlerin "don"u!
Artıq dalandadır daşnak faşistlər,
Yaxlaşmaqda xortdan fürerin sonu!
Çağdaş eseslərlə nəs sarayında,
S nöqtə S artıq tac harayında!
"Böyük Hayıstan" faş etdikcə özün,
Gestapo əl atır hər cür hiyləyə.
Soyqırımın izin azdırmaq üçün,
Vermaxt hər gün cumur qanlı fitnəyə!
Çağdaş eseslərin şər sarayında,
S nöqtə S yalnız qan harayında!
Xalqı üz döndərcək, havadar gəzir,
Qarşısın almağa haqqın səsinin.
Amansız hökmünü indidən sezir
Növbəti Nürnberq məhkəməsinin!
Çağdaş eseslərlə nəs sarayında,
S nöqtə S artıq can harayında!
2017