Meşələrin yanğından mühafizə olunması ilə əlaqədar tədbir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "Meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması və yanğınlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi" mövzusunda tədbir keçirilib.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, nazirliyinin tabeli qurumlarının əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Cəlilabad Dövlət Yanğından Mühafizə hissəsinin, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran yerli icra hakimiyyətləriorqanlarının və meşə əraziləri ilə həmsərhəd olan bələdiyyələrin, kənd təsərrüfatı idarələrinin nümayəndələrinin iştirakı ilə  keçirilən tədbirdə meşələrin ümumi vəziyyəti, yanğınların baş vermə səbəbləri və meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması barədə məruzələr edilib, təqdimatlar nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31