“QHT-lərin hüquqi və maliyyə bilikləri artırılır”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihənin icrasını davam etdirir.
22 İyun 2017 18:28 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc Mühasiblər" İctimai Birliyi "QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması" adlı layihənin icrasını davam etdirir.
Layihənin məqsədi vətəndaş cəmiyyəti sektorunun əsas subyekti olan QHT-lərin dövlət qurumları ilə münasibətlərinin yaxşılaşmasına şəraitin yaradılması, bilik bacarıqlarının yeni qaydalara və yeni qanunlara uyğunlaşdırılmasına dəstək verməkdir.
Layihə çərçivəsində ilkin olaraq Bakı şəhərində QHT-lərin iştirakı ilə 3 günlük "QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması" mövzusunda məsləhət xidmətləri təşkil edilmişdir. Məsləhət xidmətləri ekspertlər hüquqi sahədə Sahib Məmmədov, Azər Qasımov; maliyyə sahəsində Əfqan Səfərli, Cavid Əliyev tərəfindən aparılmışdır.
1.Hüquqi yardım - Bura təşkilatın sənədləşməsi, işçilər, könüllülərlə müqavilələr, tərəfdaşlarla müqavilələr, fəaliyyətin nizamnamə əsasında görülməsi və hüquqi sənədlərin yoxlanılması və uyğunlaşdırılması daxildir.
2.Maliyyə xidməti - Maliyyə sənədlərinin təkmilləşdirilməsi və maliyyə hesabatlarının vaxtında və doğru təqdim edilməsi ilə bağlı məlumatlandırması daxildir.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində növbəti məsləhət xidmətləri Quba və Gəncə rayonlarında təşkil olunacaqdır.