Yuxu dərmanı qocalma prosesini sürətləndirir...

Britaniya alimləri maraqlı kəşfə imza atıblar. Sən demə, yuxu dərmanı cürbəcür xəstəliklərin əmələ gəlməsi riskini artırır, habelə orqanizmin qocalma prosesini sürətləndirir.

Britaniya alimləri maraqlı kəşfə imza atıblar. Sən demə, yuxu dərmanı cürbəcür xəstəliklərin əmələ gəlməsi riskini artırır, habelə orqanizmin qocalma prosesini sürətləndirir.

Alimlər qırx mindən artıq müxtəlif yaşlı qadın üzərində tədqiqat apararaq belə qənaətə gəlmişlər ki, həblərin köməyi ilə yatan insanların yuxusu faydalı olmur. Hazırda İngiltərə sakini olan hər on qadından biri "yuxusuzluq" problemi ilə qarşılaşır. Bu qadınlar müstəqil yuxuya gedə bilmədikləri üçün yuxu həbləri qəbul edirlər.

Professor Sureya Sara Alber demişdir ki, müntəzəm olaraq yuxu həbləri qəbul edən qadınlar özlərini aldadırlar. Belə ki, süni yuxu əsla faydalı deyildir. Üstəlik qadınların vaxtlından əvvəl qocalmasına səbəb olur. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31