Sosial
Qazaxıstan Beynəlxalq Bankdakı pullarının bir hissəsini qaytardı
Qazaxıstanın Vahid Pensiya Yığımı Fondu tərəfindən Azərbaycan Beynəlxalq Bankına qoyulmuş investisiyaların bir hissəsi geri qaytarılıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Fondun Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib.
Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır
Artıq sayılı günlər qalıb. Təxminən bir ay sonra haqqı və ehtiyacı olan 255 jurnalistə mənzil veriləcək. Təbii ki, tam təmənnasız şəkildə. Bu möhtəşəm layihənin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev. Dövlətimzin başçısı növbəti humanist addımı ilə bir daha sübut etdi ki, bu gün dünyanın heç bir ölkəsində jurnalistə bu qədər qayğı ilə yanaşılmır, onun sosial problemlərinə bu qədər həssas şəkildə diqqət göstərilmir. Dövlətimiz hər bir vətəndaşına sahib çıxmağı bacarır, o cümlədən həkiminə, müəllimnə, jurnalistinə...
"İslam Həmrəyliyi" ili çərçivəsində " Multikultural dəyərlərimiz" mövzusunda tədbir keçirilib
Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal almışdır. Növbəti belə tədbirlərdən biri də 21 iyun 2017-ci il tarixdə rayonun 1-ci mikrorayon ərazisində yerləşən «Ağdaş» restoranında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.
Qəbələdə 2 yaşlı uşaq su quyusunda boğulub
Qəbələ rayonunda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar2a verilən məlumata görə, iyunun 21-də Qəbələ rayonunun Hacıalı kəndində 2 yaşlı Rauf evlərinin həyətindəki su quyusuna düşərək boğulub.
“Ailə” TV-nin ofisinə silahlı basqın edilib
Daxili İşlər Nazirliyi (DİN) “Ailə” TV-nin ofisinə basqınla bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
İyunun 22-də Gəncə şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə müşavirəyə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları qatılıb.
Ramazan bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.
"Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək
İyulun 4-də "Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün həyata keçirilir.
Mübariz Qurbanlı vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qəbələ rayonunda bölgə vətəndaşlarını qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, qəbuldan öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayon icra hakimiyyətinin inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyub, Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən qəbulda Komitə sədri Mübariz Qurbanlı Oğuz, Şəki və Qəbələ rayonlarından olan sakinlərin müraciətlərinə baxıb.
Nazir əmr imzaladı
Səhiyyə naziri “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr İmzalayıb. Nazirlikdən “Olaylar” – a bildirilib ki, səhiyyə mütəxəssislərinin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə imzalanmış Əmrdə səlahiyyətli şəxs və qurumlara tapşırıqlar verilib. Əmrdə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" ın təsdiqlənməsi və bu qaydaları səhiyyə idarə və müəssisələrinin rəhbərlərinin öz işlərində rəhbər tutmaları tapşırılır.
Kimya ixtisası üzrə SABAH qrupları tələbələrinin müdafiəsi həyata keçirilib
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya ixtisası üzrə SABAH qruplarının ingilis bölməsində təhsil alan tələbələrin Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının iclasında iştirak edib. Universitetdən “Olaylar” – a verilən məlumata əsasən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Məmmədyarovun sədrliyi ilə keçirilən iclasın sədr müavini, kimya fakültəsinin dekanı, professor Abdülsəid Əzizov, üzvləri isə professorlar – Məlahət Qurbanova, Oqtay Əkbərov, Eldar Əhmədov, İbrahim Məmmədov, Teymur İlyaslı, Ülviyyə Həsənova, Namiq Şıxəliyevdir. Tələbələr Günay İmanzadə “Modifikasiya edilmiş Hammer metodu ilə qrafen-oksidin alınması və onun quruluşunun tədqiqi”, Nəsrin Baxşəliyeva “Sıfır valentli dəmir nanohissəciklərin sintezi, stabilləşdirilməsi və membran texnologiyasında mümkün tətbiqi” mövzularında hazırladıqları buraxılış işlərini təqdim ediblər.
“Hamiləlik, körpə və genetika” mövzusunda seminar
“Gələcək Nəsil” valideynlər klubunda fəaliyyət göstərən “Hamiləlik məktəbi”ndə “Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, eminar Müalicəvi Diaqnostika Mərkəzinin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov tərəfindən təqdim edilib.
FHN Azərbaycandakı çimərliklərin sayını açıqladı – 1-nə QADAĞA QOYDU
Azərbaycanda qeydiyyatda olan çimərliklərin sayı açıqlanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, qeydiyyatda və xilasedicilərin fəaliyyət göstərdiyi 41 çimərlik var: “Onlardan birində - Tağıyev qəsəbəsindəki çimərlik ekoloji səbəblərdən bağlanıb. Təhlükəli və çirkli yerlərdə isə "Çimmək qadağandır" xəbərdarlıq nişanları qoyulub”.
QMİ Azərbaycan məscidlərində bayram namazının qılınacağı vaxtla bağlı qeyri-müəyyənliyə aydınlıq gətirib
Azərbaycanda bayram namazı iyunun 26-da əsasən saat 09:00-da qılınacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, ölkənin baş məscidi olan "Təzə Pir"də namaz QMİ sədri, şeyxülislamAllahşükür Paşazadənin iştirakı ilə saat 09:00-da qılınacaq. Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq. QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
Rusiyadan Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb. Komitədən “Olaylar”a verilən məlumata görə, məktubda bu il iyunun 14-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıq ifadə olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə ünvanlanan məktubda deyilir: "Tədbirin yüksək səviyyədə təşkili və Sizin yaratdığınız dostluq mühiti sayəsində Şuranın iştirakçıları müzakirə olunan bütün məsələlərlə bağlı razılığa gələ bildilər.














