Rusiyadan Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb. Komitədən “Olaylar”a verilən məlumata görə, məktubda bu il iyunun 14-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıq ifadə olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə ünvanlanan məktubda deyilir: "Tədbirin yüksək səviyyədə təşkili və Sizin yaratdığınız dostluq mühiti sayəsində Şuranın iştirakçıları müzakirə olunan bütün məsələlərlə bağlı razılığa gələ bildilər.
22 İyun 2017 15:50 SosialRusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkür məktubu ünvanlayıb. Komitədən "Olaylar"a verilən məlumata görə, məktubda bu il iyunun 14-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıq ifadə olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə ünvanlanan məktubda deyilir: "Tədbirin yüksək səviyyədə təşkili və Sizin yaratdığınız dostluq mühiti sayəsində Şuranın iştirakçıları müzakirə olunan bütün məsələlərlə bağlı razılığa gələ bildilər. Zəngin mədəniyyət proqramına və respublikanızın paytaxtının görməli və tarixi yerləri ilə tanış olmaq üçün yaratdığınız imkana görə Sizə xüsusilə minnətdaram. Əminəm ki, tədbir zamanı Sizin konstruktiv və işgüzar yanaşmanız ölkələrimizin gömrük xidmətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi və inkişafına xidmət edəcək. Fürsətdən istifadə edərək Sizə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kollektivinə gələcək peşəkar fəaliyyətinizdə nailiyyətlər, müvəffəqiyyətlər və uğurlar arzulamaq istərdim."