"Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək
İyulun 4-də "Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün həyata keçirilir.
22 İyun 2017 16:57 Sosialİyulun 4-də "Gənclər və Elektron Hökumət" adlı təlim keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökümət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Məkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün həyata keçirilir. Təlim zamanı Elektron Hökumət portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron imzanın praktiki tətbiqi və imza ilə menecment və biznes proseslərin səmərəliliyin artırılması, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron qaydada təqdim edilməsi, əmək bildirişlərinin qeydiyyata alınması xidməti və bu barədə işəgötürənə məlumatın verilməsi xidmətinin izahı barədə ətraflı məlumatlar veriləcək. Təlimlərin məqsədi "Elektron Hökumət" həllərinin istifadəsi barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələrini məlumatlandırmaqdır.