“Ailə” TV-nin ofisinə silahlı basqın edilib

Daxili İşlər Nazirliyi (DİN) “Ailə” TV-nin ofisinə basqınla bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.

Daxili İşlər Nazirliyi (DİN) "Ailə" TV-nin ofisinə basqınla bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31