Qazaxıstan Beynəlxalq Bankdakı pullarının bir hissəsini qaytardı
Qazaxıstanın Vahid Pensiya Yığımı Fondu tərəfindən Azərbaycan Beynəlxalq Bankına qoyulmuş investisiyaların bir hissəsi geri qaytarılıb. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Fondun Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib.
22 İyun 2017 17:44 SosialQazaxıstanın Vahid Pensiya Yığımı Fondu tərəfindən Azərbaycan Beynəlxalq Bankına qoyulmuş investisiyaların bir hissəsi geri qaytarılıb. Virtualaz.org "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Fondun Direktorlar Şurasının üzvü Kayrat Kelimbetov bildirib.
"2014-cü ilin oktyabrında təxminən 45 milyard təngə sərmayə qoyulub. Əgər xatırlayırsınızsa, onda ABŞ dollarının məzənnəsi 180 təngə idi. Buna görə 250 milyon dollar MBA istiqraz vərəqələri alınıb. Yəni, əgər terminlərlə danışsaq, investisiyalar devalvasiyalardan qorunub. Və artıq ödəmələrə başlanıb. Artıq 50 milyon dollar qayıtarılıb, amma bu gün, təəssüf ki, nədənsə bu informasiyanı hələ ki işıqlandırmırlar. Bugünkü məzənnə üzrə bu 17 milyard təngə deməkdir. Yəni, 45 milyard qoyulan investisiyadan 17 milyardı qayıtdı. Bu həmin məbləğin üçdə biridir", - deyə K. Kelimbetov vurğulayıb.