Kimya ixtisası üzrə SABAH qrupları tələbələrinin müdafiəsi həyata keçirilib

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya ixtisası üzrə SABAH qruplarının ingilis bölməsində təhsil alan tələbələrin Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının iclasında iştirak edib. Universitetdən “Olaylar” – a verilən məlumata əsasən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Məmmədyarovun sədrliyi ilə keçirilən iclasın sədr müavini, kimya fakültəsinin dekanı, professor Abdülsəid Əzizov, üzvləri isə professorlar – Məlahət Qurbanova, Oqtay Əkbərov, Eldar Əhmədov, İbrahim Məmmədov, Teymur İlyaslı, Ülviyyə Həsənova, Namiq Şıxəliyevdir. Tələbələr Günay İmanzadə “Modifikasiya edilmiş Hammer metodu ilə qrafen-oksidin alınması və onun quruluşunun tədqiqi”, Nəsrin Baxşəliyeva “Sıfır valentli dəmir nanohissəciklərin sintezi, stabilləşdirilməsi və membran texnologiyasında mümkün tətbiqi” mövzularında hazırladıqları buraxılış işlərini təqdim ediblər.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Kimya ixtisası üzrə SABAH qruplarının ingilis bölməsində təhsil alan tələbələrin Buraxılış Yekun Dövlət Attestasiya Komissiyasının iclasında iştirak edib. Universitetdən "Olaylar" - a verilən məlumata əsasən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, akademik Məhərrəm Məmmədyarovun sədrliyi ilə keçirilən iclasın sədr müavini, kimya fakültəsinin dekanı, professor Abdülsəid Əzizov, üzvləri isə professorlar - Məlahət Qurbanova, Oqtay Əkbərov, Eldar Əhmədov, İbrahim Məmmədov, Teymur İlyaslı, Ülviyyə Həsənova, Namiq Şıxəliyevdir. Tələbələr Günay İmanzadə "Modifikasiya edilmiş Hammer metodu ilə qrafen-oksidin alınması və onun quruluşunun tədqiqi", Nəsrin Baxşəliyeva "Sıfır valentli dəmir nanohissəciklərin sintezi, stabilləşdirilməsi və membran texnologiyasında mümkün tətbiqi" mövzularında hazırladıqları buraxılış işlərini təqdim ediblər.

Komissiya sədri, akademik Məhərrəm Məmmədyarov, rektor, akademik Abel Məhərrəmov buraxılış işləri haqqında müsbət fikirlər səsləndirib, tələbələrin hazırlığından məmnunluqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31