Sosial
Fikrət Məmmədov tapşırıqlar verib
Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında 2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.
15 bələdiyyə sədri barədə material prokurorluğa göndərilib
Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib
Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilərək ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə tərəfindən penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib.
Mülki xarakterli icra sənədlərinin sayı artıb
Əvvəlki illərdə olduğu kimi cari ildə də icra sənədlərinin sayı çoxalıb. Bu barədə Ədliyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, icra sənədlərinin sayı 2016-cı ilin I yarımili ilə müqayisədə xeyli – 43% artaraq 694 mini ötüb. Görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin artıq 50,4 %-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.
Nazirlik tərəfindən 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb
20017-ci ilin biribci rübündə Ədliyyə Nazirliyi tərəfindən əvvəlki dövrlə müqayisədə 22% çox – 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68 % artaraq 365 minə çatmışdır.
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub.
Dənizdə boğulanlarla bağlı şok - İki aya...
Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
İyulun 29-dan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.
2 saylı “ASAN Kommunal” mərkəzdə notariat xidmətləri göstərilir
2 saylı “ASAN Kommunal” mərkəzə müraciət edən vətəndaşlar Ədliyyə Nazirliyinin notariat xidmətlərindən yararlana biləcəklər. Xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, burada əsas məqsəd şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.
Dolu İstanbulu vurdu – Havada dəhşət yaşandı – FOTOLAR+VİDEO
Xəbərdarlıq: Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır
Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adamın xəbər vardır.
Diqqət: Günəş bu xəstəliyin düşmənidir
Qidalanma problemləri olanlar pis mühitdə və günəş şüası görməyən məkanlarda yaşayırlarsa vərəm riski həmin şəxslərdə yüksək olur. Tənəffüs yolu ilə bulaşan bu xəstəlik ölümə də səbəb ola bilər. Bu xəstəlik insanın immuniteti zəif olan zaman meydana gəlir. Gecə tərləmə, on beş gündən daha çox sürən öskürək, bəlğəm çıxarma, çəki itkisi və iştahsızlıq xəstəliyin ən əhəmiyyətli əlamətləri arasındadır. Bu cür əlamətləri olanlar, vaxt itirmədən sağlamlıq qurumuna müraciət etməlidirlər. Erkən diaqnoz və müalicə həyatı qurtara bilər.
Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir
Antibiotiki həkimlərin yazdığı kimi bitənə qədər istifadə edilməsinə ehtiyac yoxdur. Bununla bağlı İngiltərədə bir qrup alim iddia irəli sürüb. Aralarında Oksford Universiteti alimlərinin də olduğu qrup iddia edir ki, xəstə həkimin yazdığı qədər deyil, özünü yaxşı hiss edənə qədər antibiotik qəbul etməlidir. Ancaq bəzi mütəxəssislər doza ilə əlaqəli qərarın xəstənin özünə həvalə edilməsinin yaxşı fikir olmadığını deyir. Bunun qarışıqlıq yarada biləcəyini deyirlər.
Gənclər maarifləndirilir
Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi davam edir. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.








.jpg)





