Sosial
Dövlət büdcəsinin 6 aylıq gəlirləri məlum oldu
2017-cı ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə ümumilikdə 7724834,1 min manat məbləğində vəsait daxil olub ki, bu da “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunla müəyyən edilmiş 16255000 min manat məbləğində illik proqnozun 47,5%-nə, “2017-cı il dövlət büdcəsinin gəlirlərinin, xərclərinin və kəsirinin maliyyələşdirmə mənbələrinin rüblər və aylar üzrə bölgüsü”nə uyğun 7551761min manat məbləğində yarımillik proqnozun 102,3%-nə bərabər olub.
Nə qədər xarici dövlət borcumuz var?
Dövlət büdcəsində 2017-ci il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 1000 mln. manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 500 mln. manat müəyyən edilib. “Olaylar” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin təhlinində qeyd edilib.
Yasamalda söküntü qalmaqalı
Yasamal rayonu, Zahid Xəlilov küç. 36A, 36B, 36V, Əhməd Cəmil küç. 23, 25, 27 və Şəhriyar küç. 5 ünvanı üzrə sakinlərdən 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamının ləğvinə dair iddia qaldırılıb. Bu barədə “Olaylar”a adıçıkilən ünvanda yaşayan sakinlər məlumat verib.
Dondurma alarkən DİQQƏTLİ OLUN! - "Qum dadır, adamı boğur" - VİDEO
Son günlər bəzi dondurmaların keyfiyyətinə şübhə ilə yanaşanların sayı artıb. Söhbət isti yay aylarında tələbatın daha çox olduğu dondurmalardan gedir.
“Bakcell”dən Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif: bir il pulsuz danışıq
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.
İmtahan nəticələri bəlli oldu
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan zamanı təxliyə olunan abituriyentlər üçün 27 iyulda keçirilmiş yeni qəbul imtahanının nəticələrini elan edib. DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Bildirilir ki, imtahanda iştirakı gözlənilən 832 abituriyentdən 98 nəfəri imtahanda iştirak etməyib, 2 abituriyent isə imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Fuad Ələsgərov: Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var
“Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır”. Bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən “Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı” üzrə konfransda deyib.
Deputatın obyektindəki partlayışla bağlı rəsmi məlumat yayıldı
Daxili İşlər Nazirliyi Lerikdəki quşçuluq müəssisəsində baş vermiş hadisə barədə məlumat yayıb. “Olaylar” Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb.
Açıq havada qalmaq məsləhət deyil
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb. Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-də hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Lift İdarəsinin qalmaqallı rəisi işə çıxdı
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov məzuniyyətdən qayıdıb. Bu barədə Bakı Lift İdarəsindən məlumat verilib. İdarə əməkdaşı Q.Şükürova cinayət işi açılması, həbs olunması ilə bağlı mediada yazılanların həqiqətə uyğun olmadığını qöyləyib. “Qüdrət müəllim hazırda işinin başındadır”, deyə o bildirib.
Elçin Mirzəbəyli: “Həmin şəxslərlə hüquq müstəvisində mübarizə aparmaq lazımdır"
"Əslində Meydan TV və onun rəhbərliyi bu günə qədər təkcə ermənilərlə deyil, eyni zamanda Azərbaycanın maraqlarına ziddi fəaliyyət göstərən ayrı-ayrı qruplarla da yaxınlıq edib. Qənimət Zahidin tərcümeyi-halında ayrı ən müxtəlif bir-birinə zidd olan dövlətlərlə və onların orqanları ilə əməkdaşlıq ənənəsi var. Bu aspektdən də onların ermənilərlə əməkdaşlığı qətiyyən təəccüblü deyil". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Nazirlikdə 306 vakansiya üzrə təyinat aparılıb
Dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyində yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, cari ildə 306 vakansiya üzrə təyinatlar aparılıb. Digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 248 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır. Ədliyyə Akademiyasında 2.200 ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Nazirlik: Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb
Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb, C hepatitinin yayılma səviyyəsi isə stabil qalıb. Bunu Səhiyyə Nazirliyinin "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir.
Sürücülərin nəzərinə: 4 gün qaldı
Avqustun 1-ə qədər avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, iyul ayının 31-də minik avtomobillərinin texniki baxış müddəti başa çatır: “Texniki baxış müddətinin bitməsinə 4 gün qalıb. 4 gündən sonra xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatır. Avtomobil sahibləri texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq”.
156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib
2017-ci ilin birinci yarım ilində notariat orqanları tərəfindən 1.89 milyondan çox notariat hərəkəti, habelə 156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu barədə Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vətəndaşlara əlverişli şərait yaradılaraq doğumun səyyar qaydada bilavasitə doğum evlərində aparılması geniş təşviq olunub. Aparılan notariat əməliyyatları nəticəsində 42 milyon manatadək dövlət rüsumu, haqq və vergi ödətdirilib.




.jpg)









