Sosial
Baş prokuror Gədəbəydə vətəndaşları qəbul edib
Baş prokuror Zakir Qaralov iyulun 28-də Gədəbəy rayon prokurorluğunun inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluqdan “Olaylar”a verilən məlumata görə, qurumun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 24 vətəndaş dinlənilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb. Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 32 919 nəfər təşkil edir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.
Sumqayıtda yaşayış binası yanıb, iki nəfər tüstüdən zəhərlənib
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaşayış binasının 10-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.
Nümunəvi qəbir sənədləri hazırlanır
Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları barədə yeni sənəd hazırlanır. Bu barədə məlumatı millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa verib.
Nazir müavini: Ölkəmizin vergi sistemində modernləşmə prosesi aparılır
“Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətində bu il Vergi Məcəlləsində dəyişikliklər edilib”. Bu fikri vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib.
Bakı-Tbilisi-Qars dəmiryolu fəaliyyətə başlayacağı TARİX AÇIQLANDI
Bakı-Tbilisi-Qars dəmiryolu bu ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bu barədə "Qazaxıstan Dəmir Yolları"ndan məlumat verilib.
Sumqayıtda avtobus sürücülərinin özbaşınalığı - Departament nə deyir?
Sumqayıt sakinləri şəhərdə hərəkət edən avtobuslardan və sürücülərdən narazıdırlar. Sumqayıtlılar yeni gətirilmiş və 7 saylı xətt üzrə hərəkət edən "AKİA" markalı avtobusların kondisioneri olmasına baxmayaraq, sürücülərin son günlərdəki dözülməz isti havalarda belə ondan istifadə etmədiyini deyirlər. Sərnişinlərin "kondisioneri niyə qoşmursunuz?" sualına isə sürücülər "yanacağa təsir edir, pulu isə bizim cibimizdən çıxır," - deyə cavab verirlər.
Siqaret çəkən xanımlar gələcək üçün hansı təhlükə yaradır?
Müstəqillik dövründən sonra Azərbaycanın Avropaya, Qərbə açılması, qoca qitənin mədəniyyətinin mənimsənilməsi özü ilə cəmiyyətimizə bir çox problemlər də gətirdi. Düzdür, Qərbə, Avopaya açılım, gediş-gəlişin intensivləşməsi talnız problemlərlə yadda qalmadı. Qərbin, inkişaf etmiş Avropa ölkələrinin təcrübəsi öyrənildi, texnologiya inkişaf etdi. Gənclərimiz dövlətin xətti ilə xarici ölkələrə gedərək orada ali təhsil aldılar və vətənə bacarıqlı. Potensial kadr kimi geri döndülər. Ancaq qeyd etdiyimiz kimi Qərbin, Avropanın mənfi xüsusiyyətləri, milli mentalitetimizə zidd davranışlar da bizlərdən yan keçmədi.
Turizm sektoru inkişaf mərhələsində
Son illər ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər, həyata keçirilən layihələr sırasında turizm özünəməxsus yer tutur. Sevindirici hal ondan ibarətdir ki, bu istiqamətdə görülən işlər öz müsbət nəticələrini verməkdədir. İldən-ilə Azərbaycana gələn turistlərin sayının artması bunun əyani göstəricisidir. Azərbaycanda turizmin inkişafına təkcə bu sahədə yeni infrastrukturun yaradılması, yeni turizm istirahət mərkəzləri, mehmanxa və otellərin inşa edilməsi təkan vermir. Eyni zamanda ölkəmizdə müntəzəm olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli idman, mədəniyyət və humanitar tədbirlər ölkə turizminin inkişafına əlverişli şərait yaradır.
Müsəlmanlar arasında bəzi xoşagəlməz cərəyanlar ortaya çıxıb
Zaman-zaman Azərbaycanda dini zəmində qarşıdurma yaratmağa cəhdlər göstərilsə də, müvafiq qurumların səmərəli və adekvat tədbirləri nəticəsində ölkəmizə qarşı nəzərdə tutulan məkirli planların qarşısı alınıb, onlar zərərsizləşdirilib. Lakin bütün əks reaksiyalar və tədbirlərə rəğmən müəyyən xarici dairələr, xüsusilə Yaxın Şərqdə, ərəb ölkələrində fəaliyyət göstərən müəyyən dini təriqət və qruplaşmaların Azərbaycanla bağlı planları heç də ara vermir.
Xəzərdə 3 İran vətəndaşı batdı
Xəzərin İran sahillərində 3 nəfər batıb. Hadisə bu gün səhər saatlarında Babolsərf şəhərində baş verib. Son məlumata görə, batanlardan 2 nəfərin cəsədi tapılıb. Üçüncü şəxsin axtarışları davam edir.
Aydın Əliyev Ağcabədidə vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. İyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Leyla və Arif Yunuslar Avropada milyonçu oldular
Müxalifət fəalı, Çexiyada yaşayan siyasi mühacir Zamiq Məmmədli Rusiya aktivisti Aleksey Navalnı ilə müqayisə edilə bilər. Amma Navalnıdan fərqli olaraq Məmmədli hökumətdəki yox, belə demək mümkünsə, "hüquq müdafiəsi müxalifətindəki" oliqarxları ifşa edir.
Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar - Bakıda şok olay
Bu günlərdə Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyüldüyü xəbəri yayılıb. Məlumata görə, hadisə gecə yarı paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib.
Əcnəbi turist: "Azərbaycan polisinin şücaəti və operativliyi məni valeh edib"
Polşalı turist Azərbaycan polisinə təşəkkür edib. Polşa vətəndaşı Sebastian Gmerek öz Facebook səhifəsində polislərimizlə çəkdirdiyi şəklini paylaşaraq onlara minnətdarlığını ifadə edib.














