Sosial
Orta rəis heyətinə xidmətə qəbul olunmuş əməkdaşlar and içiblər
27.06.2017- ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 36 əməkdaşın andiçmə mərasimi keçirilmişdir.
Bakının "bərkgedən" restoranından gözlənilməz QADAĞA
Novxanıda "Amore" restoranı müştərilərə şortik geyinməyi qadağan edib. Sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoran sahibinin qərarını gülüşlə qarşılayıblar. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması haqlı olaraq çoxuna inandırıcı gəlməyib.
“İntihar yanlış davranışdır” – Psixoloq övladları ilə qatarın altına atılan ananı qınadı
Son zamanlar intihar halları olduqca çoxalıb. Demək olar ki, hər gün müxtəlif rayonlardan intihar xəbərləri yayımlanır. Burada yaş senzi rol oynamır. Həm cavan, həm də yaşlı nəsillər müəyyən səbəblərdən intiharı çıxış yolu kimi görürlər.
“Qabiliyyət imtahanlarının təşkilatçıları vəzifələrinin öhdəsindən gələ bilmirlər” – Ekspert
Dövlət İmtahan Mərkəzi bu il abituriyentlərin yaddaşında bir çox yeni dəyişikliklərlə yadda qaldı. Bunlardan biri də qabiliyyət tələb edən ixtisaslar üzrə hər qeydiyyatdan keçdikləri komissiyaya müəyyən məbləğin ödənilməsi şərtidir. Amma imtahanların keçirildiyi günlər ödənişdən öncə bilinmir.
Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq
Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.
Xanhüseyn Kazımlı: Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir
"Ölkəmizdə böyük əmək tutumuna malik olan və respublikamız üçün yeni istehsal və ixrac imkanları yaradan qeyri-neft sənayesi inkişaf etməkdədir”. Bunu deyən Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycanda yeni iqtisadi şəraitdə qeyri-neft sənayesinin perspektiv inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil.
İlham Məmmədov: Hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib
“Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir”.
Dənizdə batma təhlükəsilə üzləşın xilas edilib
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmışlar. Əməliyyat saat 14:16-da başa çatmışdır.
Yevlax rayon Mərkəzi Xəstəxanası yanıb
Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Həllik yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın nəticəsində xəsarət alan olmadığını deyib: “Hazırda yanğın tam söndürülüb. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan kənarlaşdırılıb.
Jurnalistlərin binası ilə bağlı daha bir addım
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.
Azərbaycan hərbçiləri Moskvaya gedib
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gəliblər.
Azərbaycana gələn erməni məmurun arvadını... – ŞOK HADİSƏ
İyulun 26-da Azərbaycanın işğal altında olan Göyçə şəhərində Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini ilə vətəndaşlar arasında toqquşma baş verib. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, keçmiş müavin Valter Marutyan öz mühafizəçisi ilə birləşərək, 22 yaşlı Qrant Avetisyanı döyüb.
Şəhidin medalı ailəsinə təqdim olunub
Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.
2447 keçmiş məhkuma birdəfəlik müavinət verilib
Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.
48 nəfər ölüb, 161-i yaralanıb- FHN-dən açıqlama
Fövqəladə Hallar Nazirliyi 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu dövrdə 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur.














