Sosial

Azərbaycan ixrac potensialına malik ölkəyə çevriləcək

6 Sentyabr 2017 14:11

Prezident İlham Əliyevin müəllifi və təşəbbüskarı olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası, dövlət başçısının qeyri-neft sektorunun davamlı yüksəlişi ilə bağlı qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar xüsusən də ölkə iqtisadiyyatının mühüm sahəsi olan aqrar sektorda böyük canlanma yaradıb, onun tarixi şöhrətini özünə qaytarmağa başlayıb.

Minik avtomobili ilə evakuator toqquşub

6 Sentyabr 2017 14:02

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili və “Mercedes” markalı evakuator toqquşub.“Olaylar”ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Şabranda 6, Gəncədə 4 otaqlı ev yanıb

6 Sentyabr 2017 13:42

Şabran rayonu, Əmirxanlı kəndində hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və dam örtüyü 130 m2 sahədə yanmışdır.

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu başa çatır

6 Sentyabr 2017 13:39

Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrinin komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqə üzrə sənədlərin qəbulu müddəti cari ilin sentyabr ayının 15-də başa çatacaq. Bu barədə Ədliyyə Nazirliyindən “Olaylara verilən məlumata görə, “Notariat haqqında” Qanuna və “Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası”na əsasən toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu Nazirlikdə araşdırılaraq İxtisas Komissiyasına təqdim olunacaq.Test imtahanının vaxtı və yeri barədə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən məlumat veriləcək.

Oktyabr ayının ilk hərracı elan edilib

6 Sentyabr 2017 13:36

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 147 dövlət əmlakına sahib olmaq imkanı var.

Başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub

6 Sentyabr 2017 13:35

“Amerika prezidenti Donald Trampın bəzən "qlobal media", bəzən də "beynəlxalq KİV" adlandırılan qəzet, televiziya və agentliklərin saxta informasiya yaymaq üzrə ixtisaslaşmaları haqda açıqlamalarını yəqin xatırlayanlar var. Cənab Tramp bununla əslində Amerika kəşf etmirdi, Amerikada və bir çox başqa qərb ölkələrində qlobal media funksiyasını yerinə yetirənlərlə bağlı reallığı dilə gətirirdi.

Dini dözümsüzlük dəyərini zədələməməliyik

6 Sentyabr 2017 13:26

Osmanlı İmperiyasının süqutundan, həm birinci həm də ikinci dünya müharibəsindən sonra dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər müsəlman xalqlarına da xətərsiz ötüşmədi. İslam dininin mənsublarının dinlərindən uzaqlaşdırılmaları həm Sovet İmperiyasının, həm də Qərbin bütün ciddi cəhdləri sayəsində onsuz da hərtərəfli məğlubiyyətə düçar olan müsəlman xalqlarını daha da acınacaqlı hala saldı. Bunun üçün onlar hər cür vasitələrdən istifadə edirdilər. Kütləvi repressiyalar, müxtəlif təzyiqlər və.s vasitələrlə İslam elm adamlarının məhvi dolayısı ilə İslamın məhvinə çalışılırdı. Bütün bu kimi neqativ halların qarşısının alınması üçün bir sıra müsəlman ölkələrində bəzi addımlar atılmaqla, kortəbii də olsa təşkilatlanma prosesləri həyata keçirilirdi.

Erkən nikaha aparan yol

6 Sentyabr 2017 13:20

Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahların daha çox Asiya və Afrika ölkələrində olmasına baxmayaraq, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlmək olur. BMT-nin Uşaq Fondunun hesabatlarına görə, dünyada 19 yaşa qədər nikahlar olan ölkələrə 51,7 faizlə Fələstin başçılıq edir. İkinci yerdə 20,1 faizlə Misir, üçüncü yerdə isə 15 faizlə İsrail dayanır. Lakin son zamanlar inkişaf etmiş ölkələrdə erkən nikahlar faktları qeydə alınmaqdadır.

OCCRP-in hazırladığı qeyri-peşəkar və qeyri-ciddi hesabat

6 Sentyabr 2017 13:18

Xəbər verdiyimiz kimi 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən ölkəmiz barədə qərəzli yazı hazırlanıb. Eyni zamanda, bu yazıya istinadən "BBC News” saytında 2017-ci il sentyabrın 5-də "Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və "Guardian” qəzetində bu məsələ ilə bağlı məqalə dərc edilib.

Peşə təhsili əmək bazarına niyə cavab vermir?

6 Sentyabr 2017 13:14

Azərbaycanda peşə təhsilinin inkişaf etdirilmsi istiqamətində ciddi addımlar atılmaqdadır. Artıq görülən tədbirlərin nəticəsi olaraq bu sahəni tənzimləyən normativ hüquqi aktın qəbulu məsələsi gündəmə gəlib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, Azərbaycanda ilk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır.

Cəza cinayətə görə qisasdır

6 Sentyabr 2017 13:12

Müasir Cinayət –Prosesual və cinayət hüququnun implementasiyası zamanı cəzanın labüdlüyünə aid nəzəri və praktik məsələlər həmişə aktual mübahisə yaratmışdır. Bəzən, məsələyə təkcə hüquqi deyil, fəlsəfi və tarixi əsaslarla yanaşma tələb edir. Belə situasiyalarda klassik hüquqşunas və filosofların nəzəri mülahizələrinə zəngin təcrübəyə müraciət etməyə ehtiyac yaranır.

Havanın temperaturu 4-7 dərəcə enəcək

6 Sentyabr 2017 13:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, bir neçə gün davam edən istihava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisindəhava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Saxta məktəbli geyimləri aşkar edilib

6 Sentyabr 2017 12:56

Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitə tərəfindən “Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb. Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

Kəskin respirator infeksiyalara daha çox kimlər yoluxa bilər?

6 Sentyabr 2017 12:19

Payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qrupları yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar olur. Bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva bu gün keçirdikləri mətbuat konfransında çıxışı zamanı deyib.