Oktyabr ayının ilk hərracı elan edilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 147 dövlət əmlakına sahib olmaq imkanı var.
6 Sentyabr 2017 13:36 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə bu ayın ilk hərracı keçiriləcək. Komitədən "Olaylar"a verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 147 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 62-si kiçik dövlət müəssisə və obyekti, 54-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə "Ağcabədi Aqrotexservis", "Astara çay-3", "Yevlax Yun", "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Şıxlar Broyler", "Mingəçevir Qum Çınqıl" və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 20-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Yevlax Yun" Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 20%-i 240 min manata yaxındır. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak "Mingəçevir Qum Çınqıl" Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 156 min manata yaxın təklif olunur.