Gürcüstan parlamentinin sədri Brüsseli "yalan və böhtanda" ittiham edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) rəhbərliyini ölkəsinə qarşı yalan və böhtandan xarici siyasət aləti kimi istifadə etməkdə günahlandırıb. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Brüsselin yürütdüyü siyasətin Avropa İttifaqını öz dəyərlərindən uzaqlaşdırdığını və bunun dərin "sivilizasiya uçurumu" yaratdığını bildirib.

Papuaşvili "Merriam-Webster" və Sulxan-Saba Orbelianinin "Gürcü dilinin lüğəti"nə istinad edərək "böhtan" anlayışının izahını verib və Aİ rəsmilərinin Gürcüstanda "özbaşına saxlanılan şəxslərin" olması ilə bağlı iddialarını əsassız adlandırıb. Spikerin sözlərinə görə, heç bir konkret fakt və ya ad təqdim etmədən belə ittihamlar səsləndirmək açıq-aşkar böhtandır. O vurğulayıb ki, Brüsselin bütöv bir ölkəyə qarşı kütləvi böhtanı məqbul diplomatik üsul kimi təqdim etməsi qəbuledilməzdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00