Estoniya müharibə cinayətkarlarını həbsxanalarında saxlamaqdan imtina edir- ÖZƏL

Estoniya beynəlxalq məhkəmələr tərəfindən müharibə cinayətlərinə görə məhkum edilən şəxsləri həbsxanalarında saxlamağı dayandırmağı planlaşdırır. Buna səbəb həmin məhbusların saxlanma xərclərinin dövlət büdcəsinə, dolayısı ilə vergi ödəyicilərinə baha başa gəlməsidir.
Olaylar.az xəbər verir ki, ERR-in məlumatına görə, hazırda keçmiş Yuqoslaviyadakı münaqişələr zamanı müharibə cinayətlərinə görə məhkum edilmiş dörd nəfər Estoniya həbsxanalarında cəza çəkir. Həbsxana Xidmətinin nümayəndəsi Tiina Unuks bildirib ki, digər ölkələrdən yeni məhbusların qəbul edilməsi ilə bağlı təkliflər olsa da, Estoniya bunu məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, bu şəxslərin saxlanma xərcləri tamamilə Estoniya tərəfindən qarşılanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00