Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız
10:48 SosialAzərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir.
Milli.Az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihəyə əsasən, operativ vergi nəzarəti elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə malların daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsini də əhatə edəcək.
Belə hal aşkarlandıqda malları təqdim edən vergi ödəyicisinə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.
Qeyd olunan dəyişikliklər orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2027-ci il iyulun 1-dən, digər sahibkarlıq subyektlərinə münasibətdə isə 2028-ci il avqustun 1-dən qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00