Aİ ilə ABŞ arasında Ukraynaya dəstəklə bağlı fikir ayrılıqları dərinləşir- ÖZƏL

ABŞ və Avropa İttifaqı arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları artır. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 19-da ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı zamanı Tramp Ukraynaya dəstək üçün milyardlarla dolların xərclənməsini səmərəsiz hesab etdiyini bildirib. Bu mövqe Kiyevə əlavə maliyyə yardımı ayırmağı nəzərdən keçirən Avropa liderləri tərəfindən narazılıqla qarşılanıb.
Bundan başqa, ABŞ və Aİ arasında transmilli şirkətlərə rəqəmsal vergi tətbiqi məsələsində də gərginlik artır. Vaşinqton bu təşəbbüsün Amerika şirkətlərinə qarşı ayrı-seçkilik yaratdığını və istehlakçılara zərər vurduğunu bildirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00