Tramp Ukraynaya qarşı xəbərdarlığı NATO ilə razılaşdırılmış bəyanata əlavə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə razılaşdırılmış birgə bəyanata sonradan dəyişiklik edərək, Ukraynaya münaqişənin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmək barədə xəbərdarlıq əlavə edib. Bu barədə "Politico" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ilkin bəyanatda eskalasiyaya səbəb ola biləcək hərəkətlərdən çəkinmək çağırışı yalnız Rusiyaya ünvanlanıb. Lakin Trampın cümə axşamı "Truth Social" platformasında paylaşdığı yenilənmiş mətndə həm Rusiyanın, həm də Ukraynanın münaqişənin genişlənməsinə səbəb ola biləcək qəsdən və ya təsadüfi addımlardan çəkinməsinin vacibliyi vurğulanıb.

NATO nümayəndəsi ilkin bəyanatın tərəflər arasında rəsmi şəkildə razılaşdırıldığını bildirib. Nəşr qeyd edir ki, Tramp sonradan sənədə birtərəfli qaydada dəyişiklik edib. Birgə bəyanatda münaqişənin mümkün qədər tez başa çatdırılmasının vacibliyi də vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00