Şabranda 6, Gəncədə 4 otaqlı ev yanıb

Şabran rayonu, Əmirxanlı kəndində hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və dam örtüyü 130 m2 sahədə yanmışdır.

Şabran rayonu, Əmirxanlı kəndində hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və dam örtüyü 130 m2 sahədə yanmışdır. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Həmçinin  Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 170 m2 olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 16 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31